Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

AXCP üzvünə 8 il həbs verilib

zeynal_bagirzade-300x225

Naxçıvan Muxtar Respublikasında (NMR) Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) yerli təşkilatının fəalı Zeynal Bağırzadəyə 8 il həbs cəzası verilib.

Xeberinfo.com:  Məhkəmə hökmü bu gün oxunub. 

Z. Bağırzadə ötən il noyabrın 16-da həbs olunub. O, CM-in 315.1-ci maddəsi (hakimiyyət nümayəndəsinə zorakılıq tətbiq etməklə müqavimət göstərmək) ilə ittiham edilib.

İbtidai istintaqın yekunlarına görə, Z.Bağırzadənin barəsində ittiham 315.2-ci (hakimiyyət nümayəndəsinə həyat üçün təhlükəli zorakılıq tətbiq etməklə müqavimət göstərmək) maddəyə tövsif edilib. Əgər birinci halda onu 3 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyirdisə, maddənin ağırlaşdırılmasından sonra onu 7 ilədək həbs gözləyirdi. Lakin yaxınlarının “AzPolitika”ya verdikləri məlumata görə, Z.Bağırzadə bu gün 8 il azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

Xatırladaq ki, həbsdən bir neçə gün öncə Dövlət Sosial Müdafiə Fondunun nümayəndələri onun Nehrəm kəndindəki evinə gələrək fonda ödəniş etməsini tələb ediblər. Z.Bağırzadə evdə olmayıb. Faiq İsmayılov adlı məmur ev sahibi haqqında təhqiramiz ifadələr işlədib. Həyat yoldaşının etirazları ilə qarşılaşan məmur qadını da təhqir edib. Sonradan F.Bağırzadə Sosial Müdafiə Fonduna gedərək həyat yoldaşının niyə təhqir olunması ilə bağlı açıqlama tələb edib. Buna cavab olaraq F.İsmayılov Z.Bağırzadəni vurub və digər məmurlarla birlikdə onu döyüb.

Demək olar ki, onu huşsuz vəziyyətdə küçəyə atıblar və yoldan keçənlər Z. Bağırzadəyə yardım göstərib. Bağırzadə özünə gələndən sonra Babək Rayon Prokurorluğuna şikayət edib. İki gündən sonra o, prokurorluğa çağırılıb və həbs olunub.

Məhkəmə zamanı Z. Bağırzadənin beş qonşusu təsdiq edib ki, F. İsmayılov həqiqətən onun həyat yoldaşını və bütün Nehrəm sakinlərini təhqir edib.

Z. Bağırzadənin müstəqil vəkili yoxdur. Onun hüquqlarını dövlət vəkili müdafiə edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam