Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Kafe sahibi adam öldürməyə görə həbs olundu

 

Bakıda sentyabrın 19-na keçən gecə törədilmiş qətlə görə barəsində axtarış elan edilən kafe sahibi tutulub.

Xeberinfo.com:   "Lion" kafesinin sahibi Bəxtiyar Babayev Xətai Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. O, Nobel prospektində 50 yaşlı Ələddin Qarayevin qətlində iştirakda şübhəli bilinir.

Xatırladaq ki, sentyabrın 19-na keçən gecə Ələddin Qarayev oğlunun toyuna 12 gün qalmış qətlə yetirilib. Belə ki, Ələddin Qarayevin oğlu Əmrah Qarayev Nobel prospekti, 110 ünvanında yerləşən "Lion" kafesində kafe sahibinin mühafizəçisi Elməddin Ağayevlə mübahisə edib, aralarında dava olub. Daha sonra Əmrah Qarayev kafenin yaxınlığındakı evinə gedib.

Elməddin Ağayev və qardaşı Niyaməddin Ağayev bıçaqla silahlanaraq Əmrah Qarayevin yaşadığı evə gediblər. Evin qarşısında tərəflər arasında növbəti dəfə dava düşüb. Elməddin Ağayev əlindəki bıçaqla Əmrah Qarayevin boğaz nahiyəsinə xəsarət yetirib.

Əmrah Qarayevin atası Ələddin Qarayev evdən beysbol ağacı götürərək qapıya çıxıb və oğluna kömək etməyə çalışıb. Elməddin Ağayev onu da bıçaqlayıb. Ata və oğul xəstəxanaya aparılıblar. Ələddin Qarayev yolda ölüb, Əmrah Qarayev isə 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb.

Cinayəti törədən qardaşlardan biri - Niyaməddin Ağayev hadisədən bir neçə gün sonra İrana qaçmaq istəyərkən həbs edilib. Digər qardaşı Elməddin Ağayev isə mühafizəçilik etdiyi kafenin sahibi Bəxtiyar Babayevin yardımı ilə İran ərazisinə keçə bilib. Onun axtarışları davam etdirilir.

"Lion" kafesinin sahibinin özü də qaçmağa nail olub və təxminən iki aylıq axtarışlardan sonra ötən gecə tutulub.

Qeyd edək ki, qətlə yetirilən Ələddin Qarayev yaralanan oğlu Əmrah Qarayevin toyuna hazırlaşırmış. Toy sentyabrın 30-na təyin olunubmuş. Axtarışa verilən Elməddin Ağayev isə iki dəfə məhkumluq həyatı yaşayıb (musavat.com).


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam