Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Daha bir məscidin axundu həbs edildi

nardaran_261115_1

 

Nardaran hadisələri ilə bağlı qəsəbədə daha bir məscidin axundu həbs edilib. 

 

Xeberinfo.com:   Məlumata görə, bu barədə Nardaran sakinləri bildiriblər.
Sakinlərin sözlərinə görə, həbs olunan şəxs Nardaran qəsəbəsində Ağa məhəlləsində Cümə məscidinin axundu olduğunu iddia edən Hacı Ataməli Nurdur. O, Sabunçu rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq idarəyə aparılıb və Sabunçu Rayon Məhkəməsinin qərarı ilə barəsində 30 sutkalıq həbs qətimkan tədbiri seçilib.
Sakinlərin sözlərinə görə, hazırda Hacı Ataməli Nur Daxili İşlər Nazirliyinin Binəqədi rayonunda yerləşən İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsində saxlanılır. Hacı Ataməli Nurun Nardaran hadisələri ilə bağlı həbs olunduğu bildirilir.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova Trend-ə bildirib ki, Nardaran Cümə məscidi QMİ-də qeydiyyatdan keçib və oranın axundu Hacı Musa Qasımov təyin edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam