Redaktor seçimi
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
Günün xəbəri

“Gərginlik son dərəcə artıb”

121058_res_01

 

“Bəli, son günlər cəbhə xəttində ciddi gərginlik müşahidə olunur, gərginlik hiss olunacaq dərəcədə artıb. Bu gərginliyi isə ermənilərin özləri yaradır”.

Xeberinfo.com:   Məlumata görə, bunu milli.az-ın sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı açıqlayıb.
Nazirliyin sözçüsü bildirib ki, cəbhə xəttində həm atəşkəsin pozulması halları, həm də minaatanlardan istifadə edilməsi halları çoxalıb: “Erməni tərəfinin onlarla itkiləri var, amma onları bir-bir üzə çıxarırlar. Bu gün bir nəfərin itkisi barədə məlumat yayıblar. Deyirlər ki, snayperlə vurulub. Amma hansı tərəfdə olduğu deyilmir. Biz isə onların itkilərini qeydə almırıq”.
Lakin V.Dərgahlı müşahidə olunan gərginliyin səbəbini açıqlamaqda çətinlik çəkib: “Bunu nə iləsə əlaqələndirmək olmur. Çünki ermənilərin işi elə ancaq stabilliyi pozmaq, cəbhədə gərginlik yaratmaqdır. Bütün bunların kökü isə birbaşa onların hərbi-siyasi rəhbərliyinə, müdafiə naziri Seyran Ohanyana və prezident Serj Sərkisyana gedib çıxır. Bunun qarşısında ordumuzun gördüyü cavab tədbirlərinin nəticələrinə görə məsuliyyət də Ermənistanın cinayətkar rejiminin, hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam