Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Günəşli”dəki yanğını söndürməyə xarici mütəxəssislər gətirildi

 

“Günəşli” platformasının 10-cu özülündə baş verən yanğının söndürülməsinə xarici mütəxəssislər cəlb edilib.

Xeberinfo.com:  Məlumata görə, bu barədə  "Azneft" Istehsalat Birliyində "Günəşli" yatağının 10-cu özülünün platformasında qəza ilə bağlı yaradılmış qərargahda keçirilən növbəti mətbuat konfransında IB-nin baş mühəndisi Balamirzə Ağarəhimov deyib. O bildirib ki, mütəxəssislər ümumi vəziyyəti müzakirə ediblər. Hazırda onlar 10- cu özüldədirlər.

Həmçinin İB sədri əlavə edib ki, yanğın zamanı ekologiyaya fəsad olmur: “Hazırda gəmilərə xüsusi nasosların quraşdırılması prosesi davam edir. Yanğın ilk  gündəkindən xeyli aşağıdır. Gəmilər yanğının azalması üçün bütün tədbirləri görürlər”.

Onun sözlərinə görə, həmin gün əməkdaşlar iş sahəsində olmadığına görə ilk partlayış zamanı heç kim xəsarət almayıb: “Əgər iş prosesi dayandırılmamış olsaydı, işçilər xəsarət alardı. Bizim qaydalara uyğun olaraq işlərin məhdudlaşdırılma mexanizmi var”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam