Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Sabiq bankirə qarşı 120 milyonluq ittiham

 

Dünən barəsində həbs qətimkan tədbiri seçilən Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyev barəsində bəzi yeni məlumatlar bəlli olub.

Xeberinfo.com:   Məlumata görə, C.Hacıyevə baş prokurorluq tərəfindən verilən ilkin ittihamda onun Beynəlxalq Bankdan 120 milyon manat pulu mənimsədiyi bildirilir. Bu məbləğ ilkin araşdırma zamanı aşkarlanan rəqəmdir, istintaqın gedişi zamanı mənimsəmə məbləğinin yüksələcəyi də istisna deyil.

Bundan başqa, sabiq bankir saxta yolla 10 nəfərə yaxın sıravi vətəndaşların adına külli-miqdarda kredit rəsmiləşdirərək özü götürüb.

C.Hacıyev hazırda Cinayət Məcəlləsinin 179.3.2 (külli-miqdarda mənimsəmə)və 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə; ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham olunur. Qeyd edək ki, bunlar da ilkin ittihamlardır. İstintaqın gedişindən asılı olaraq ona əlavə maddələrlə də cinayət işinin açılacağı gözlənilir.

Xatırladaq ki, C. Hacıyev barəsində 4 aylıq həbs qətimkan tədbiri "Bandotdel"in vəsatəti əsasında baş prokuror Zakir Qaralovun imzası ilə verilən sanksiya təqdimatı əsasında seçilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam