Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"Nardaranda 32 nəfər həbs edilib"- VİDEO

"Nardaran hadisələri ilə əlaqədar intensiv olaraq Baş Prokurorluq tərəfindən istintaq işləri aparılır: Daxili İşlər Nazirliyinin həm polis, həm də daxili qoşun qüvvələri vəziyyəti tamamilə nəzarət altına alıblar!".

Xeberinfo.com:   Dünən və bu gün heç bir insident baş verməyib. Lakin biz 4 gündür ki, orada yaşayan vətəndaşlardan rəsmi olaraq silahı yerə qoymağa, əllərdə olan avtomat, tapança, qumbaraları könüllü olaraq təhvil verməyi tələb edirik".

R.Usubovun sözlərinə görə, təəssüflər olsun ki, bu günədək bir ədəd silah belə könüllü surətdə təhvil verilməyib: "Xüsusilə Nardaranda yaşayanlardan bir daha tələb edirəm, xahiş edirəm ki, əllərdə olan silahları təcili olaraq həmin yerlərdəki polis postlarına təhvil versinlər. Kimlər ki, könüllü surətdə silahları təhvil verəcək, onlar haqqında heç bir cinayət işi başlanılmayacaq. Bizim hazırladığımız xüsusi əməliyyat nəticəsində 6 avtomat, çoxlu tapança, partlayıcı qurğular, maddələr götürülüb və bu iş davam etdirilir".

*    *     * 21:05

Nardaran hadisələri ilə əlaqədar 32 nəfər barəsində həbs-qətimkan tədbiri seçilib.

Bunu AzTV-yə nüsahibəsində daxili işlər naziri Ramil Usubov deyib.

Nazir qeyd edib ki, qəsəbədə keçirilən əməliyyatlar zamanı 5 nəfər məhv edilib: "Əməliyyatlar zamanı 6 avtomat, çoxlu sayda tapança və partlayıcı qurğu aşkar edirilib. Əməliyyatlar davam etdirilir".

R.Usubov əlavə edib ki, artıq 23-cü dəfədir Nardaranda polislə sakinlər arasında qarşıdurma yaşanıb.

Nazir Nardaran sakinlərindən xahiş edib ki, əllərdə olan silahları yerlərdəki post-patrul xidmətlərinə təhvil versinlər.

R.Usubov qeyd edib ki, Nardaran istisna olmaqla hazırda Azərbaycanda hər yerdə əmin-amanlıqdır.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam