Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Tarverdi Məmmədovun adı daha bir qalmaqalda


 

MTN-nin Sumqayıt Şəhər İdarəsinin sabiq rəisi general-mayor Tarverdi Məmmədovun avtomobil təkərlərinin alqı-satqısı ilə məşğul olan Hacı Namaz adlı iş adamından 1 milyon 500 min mant məbləğində pul aldığından bəhs etmişdik.

Xeberinfo.com:   Bu günlərdə redaksiyamıza T.Məmmədovla bağlı daha bir informasiya daxil olub. MTN generalının bir qanunsuz əməli ilə bağlı redaksiyamızı bilgiləndirən mənbə, onun Sumqayıtdakı poletilen sexinin rəhbəri Hacı Gülağa adlı iş adamından da bir milyon manat pul aldığını bildirib. Mənbənin sözlərinə görə, şəhərdəki iş adamlarının “ovuna” çıxan T.Məmmədov sahibkara bildirib ki, pulu ödəməyəcəyi təqdirdə onu bir neçə maddə ilə məsuliyyətə cəlb edəcək,  azadlıqdan uzun müddət məhrum edilməsinə nail olacaq. 

 

T.Məmmədov öz niyətində nə dərəcədə ciddi olduğunu göstərmək üçün bəzi sahibkarların aqibətini də Hacı Gülağaya xatırladaraq, onu öz həyatı ilə oyun oynamamağa çağırıb. Məhz bütün bu hədə-qorxu və təzyiqlərdən sonra yeganə çıxış yolunun tələb olunan pulu ödəmək olduğunu görən Hacı Gülağa, T.Məmmədovun qanunsuz tələbini yerinə yetirməyə məcbur olur. Yalnız bundan sonra iş adamı sabiq MTN rəhbərliyinin caynağından xilas ola bilib.

Mənbənin sözlərinə görə, hazırda sahibkar vaxtiylə üzləşdiyi qanunsuzluqlarla bağlı əlaqədar qurumlara müraciət etmək niyyətindədir. İş adamı ümid edir ki, sabiq MTN rəhbərliyində təmsil olunan T.Məmmədovla bağlı müraciəti ciddi şəkildə araşdırılacaq və ona dəyən ziyanın qismən də olsa ödənilməsi təmin olunacaq.

 

Moderator.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam