Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

MTN şefinin vəhabilərlə əlaqəsi təsdiqləndi

 

Əmisi nəvəsi “Sumqayıt camaatı”nın liderimiş

Xeberinfo.com:   Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov işdən çıxarılmasından sonra yerli mediada MTN rəhbərliyi tərəfindən yol verilən qanunsuzluqlar, cinayət hadisələri tədricən üzə çıxır. Proseslərin gedişatı göstərir ki, ifşa mərhələsi davam edəcək. Sabiq MTN rəhbərinə ittihamlar sırasında radikal dini cərəyanların ölkədə şəbəkələşməsinə göz yummaq, konkret olaraq radikal təmayülli vəhhabilərdən xərac almaq, onlara faktiki olaraq “krişalıq” etməsi də var.
Hələ bir neçə il əvvəl “Yeni Müsavat” xüsusi xidmət orqanlarının Yaxın Şərqdə savaşlara qatılmaq üçün gedənlərə göz yumduğunu yazmışdı. Həmin məlumatda qeyd olunurdu ki, təhlükəsizlik orqanlarındakı mənbə bir çox radikal dindarın gedəcəyi haqda məlumatlı olduqlarını, ancaq onların ölkəni tərk etməsinə göz yumulduğunu bildirmişdi. Həmin vaxt bu məlumat hökumətin radikal dindarların ölkədən getməsində maraqlı olması kimi yozulmuşdu.
Lakin jam.az saytı yazır ki, MTN rəhbərliyi radikal dindarları himayə edib, vəhhabilərin mövqelərini möhkəmləndirmək üçün onların öz aralarındakı “razborkalara” şərait yaradılıb: “Məsələn, 2013-cü ilin dekabr ayında Sumqayıtdakı ”Soltan” kafesində baş vermiş 2 vəhhabi dəstəsi arasında qanlı atışma da məhz bu “razborka”nın təzahürlərindədir. Hələ həmin vaxt məsələni araşdırmağa cəhd etdiyimizdə polis orqanlarından belə bir məlumat sızdırılmışdı ki, atışmanı törədən qrup haqqında əvvəlcədən məlumat olsa da, prosesə müdaxilə etməmək göstərişi məhz MTN-dən gəlibmiş”.
O da bəlli olub ki, Azərbaycanı “kafirlər diyarı” hesab edən Sumqayıtda ən radikal dini qruplardan birinə elə sabiq MTN şefi Eldar Mahmudovun yaxın qohumu başçılıq edib.
Bildirilir ki, “Sumqayıt camaatı”nın sərbəst hərəkət etməsi, dəstələr formalaşdıraraq Suriya və İraqa yola salmasına göz yumulması təsadüfi olmayıb. “Bunu təsdiq edən fakt kimi isə DİN tərəfindən ötən il keçirilmiş əməliyyatı göstərmək olar. Belə ki, həmin vaxt DİN-in keçirdiyi əməliyyat zamanı Sumqayıt camaatı»nın lideri, şəhərin baş vəhhabisi Zöhrab Şıxəliyevin yaxını, məhz sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi nəvəsi Yalçın Mahmudov həbs olunur. Yalçın Mahmudov Sumqayıtda vəhhabiliyin geniş təşəkkül tapması, onların sərbəst hərəkət etməsi, onların «müvafiq qurumlarla» olan problemlərinin «çözülməsinə» vasitəçilik edib”.
Məlumata görə, “Soltan” kafesində baş vermiş qanlı “razborka”nın arxasında daha bir özəl məqam isə Sumqayıtdakı bəzi radikal qrupların nazirin əmisi nəvəsinə “biət” etməməsi olub. Bu səbəbdən də onları cəzalandırıblar. Həmçinin MTN-in o vaxtkı rəhbərliyi bununla digər ipə-sapa yatmayan qruplara da gözdağı verib ki, onların da başına analoji oyunu aça bilərlər. Əldə olunan məlumatlara görə, xüsusən Sumqayıtdakı vəhhabilər toxunulmaz kastaya çevrilibmiş.
Məhz bu səbəbdəndir ki, bu barədə məlumat əldə edən DİN əməliyyatlar keçirərək, ölkənin təhlükəsizliyinə təhdid olan qruplaşma üzvlərini həbs etsə də, sonradan MTN-in dəstəyi ilə onlar azadlığa buraxılır. Bu möcüzəli “xilas”ın ən bariz nümunəsi isə evində gizli toplantı keçirən, silah-sursat aşkarlanan, hüquq-mühafizə orqanları tərəfindən həbs olunan Zöhrab Şıxəliyevin 6 aydan sonra azadlığa buraxılması idi. O, MTN-in gözü qarşısında Sumqayıtda özünə villa adıyla qeyri-qanuni məscid inşa etdirmişdi. Ancaq həmin vaxt həbs olunan Zöhrab Şıxəliyev sonradan MTN-in başbilənlərinin sayəsində azadlığa çıxa bildi”, deyə, saytın xəbərində bildirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam