Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Vergilər naziri işdən çıxarılıb? - Rəsmi açıqlama

Ötən gündən başlayaraq kütləvi informasiya vasitələrində Vergilər Nazirliyində dəyişiklik edilməsilə bağlı informasiyalar yayılıb.
 Xeberinfo.com:   Yayılan informasiyalarda deyilir ki, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Vergilər naziri Fazil Məmmədov işdən azad edilib. Prezident bu barədə sərəncamı G20 ("Böyük İyirmilik”) ölkələri liderlərinin Antalya sammitinə yola düşməmişdən öncə imzalayıb.
 Hətta vergilər naziri postuna yeni təyinat olması barədə məlumatlar da yazılıb. Qeyd edilir ki, yeni vergilər naziri Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev təyin olunub.
 Məsələ ilə əlaqədar Baku.vs-ya Vergilər Nazirliyindən bildiriblər ki, bu barədə onlarda heç bir informasiya yoxdur: "Bizə belə bir məlumat daxil olmayıb. Fazil Məmmədov hazırda iş başındadır”.
 Dövlət Sosial Müdafiə Fondundakı etibarlı mənbədən Axar.az-a bildirilib ki, hazırda fond sədri Elman Mehdiyev iş başındadır və onun vergilər naziri vəzifəsini təslim alması barədə yazılanların heç bir əsası yoxdur. Fonddan bidirilib ki, hətta bu yayılan şayiələrin özündən belə onlar xəbərsizdirlər.
 Qeyd edək ki, qanuna uyğun olaraq prezidentin sərəncamından sonra vəzifəli şəxs postundan çıxarılır. Hələlik nazirin çıxarılması ilə bağlı rəsmi sərəncamın olmaması da məlumatın dəqiq olmadığına əsas verir. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam