Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Bakıda qumarxanadan reportaj - FOTOLAR+VİDEO

 

Qanunsuz qumarxana işlədənlər CM-nin 244-cü maddəsi ilə mühakimə olunmalıdırlar

 

Xeberinfo.com:   Məlumata görə, Bakıda yaşayış binasının altında qumarxana fəaliyyət göstərir. Gün ərzində bura yüzlərlə insan qumar oynamaq üçün gəlir. Qeyd etdiyimiz ünvan Xətai rayonu, Sarayevo küçəsində yerləşən yaşayış binalarından birinin altındadır. 

 

Musavat.com xəbər verir ki, “Həzi Aslanov” metrosunun yaxınlığında fəaliyyət göstərən bu qumarxanada hər gün gecə saatlarınadək loto-qumar oynanılır.

 

Maraqlıdır ki, qumarxana təşkil edənlər bunu açıq şəkildə həyata keçirirlər. Yəni ən azı bağlı qapılar arxasında, səssiz və gizli şəkildə oynanılmır. Günboyu loto klubunda mikrofonla səsləndirilən rəqəmlərin səsi ətrafdan keçən hər kəsin diqqətini çəkir. 

Diqqət çəkən və təəccüb doğuran məqam bu şəxslərin bu işlə rahatlıqla məşğul olmaları idi. Elə obyektin qarşısından keçən, bir neçə saniyəlik ayaq saxlayanlar da eyni sözü deyirdilər: “Əməlli-başlı qumar gedir. Kim nə istəyir edir...”.

 

Müştəri kimi obyektə daxil olanda qapının qarşısında dayanan şəxslərdən biri bizə boş yer göstərdi və əyləşməyimizi istədi. 

 

Obyektin içərisində loto kartlarını paylayan 3-4 qız, masalardan pul yığan 2 oğlan, nəzarətçi kimi ortada gəzən bir neçə nəfər diqqətimizi çəkdi. Masada əyləşərkən bizə yaxınlaşan xanımlardan biri seçmək üçün bizə bir neçə kart uzatdı. Kartın qiymətinin 1 manat olduğunu öyrəndikdən sonra 3 kart seçərək oyuna başladıq. 

 

Loto-qumarın oynama qaydasını da öyrəndik. Bir oyun təxminən 8-9 dəqiqə çəkir. Uduş məbləği isə oyun başlayandan bir neçə saniyə sonra elan olunur. 5-6 oyundan sonra elan olunan uduşun orta məbləği bəlli oldu – hər oyunda 100-110 manat.

 

Bu məbləğin necə hesablandığına gəlincə isə qeyd edək ki, bu məbləğ hər oyun başlayanda yığılan pulun yarısından az olur. Obyektdə olarkən gözucu masaları saydıq. 22 masada loto-qumar oynanılırdı. Hər masada azı 3 nəfər əyləşmişdi. Hər kəs ən azı 3 kartla oyunu davam etdirirdi. Masalarda 4, 5, hətta 10 kartla oyun oynayan şəxsləri də görmək mümkün idi. Hər oyunda bir masadan orta hesabla 10 manatın yığıldığını nəzərə alsaq elan olunan uduş məbləğinin yığılan pulun yarısı olduğunu anlamaq olur. Yan masada oturan və bu oyunu yaxşı bildiyini müşahidə etdiyimiz şəxsdən də öyrəndik ki, uduş stollardan yığılan pulun yarısı ilə ölçülür. 

 

Buradan da belə nəticəyə gəlmək olur ki, hər 8-9 dəqiqədən bir oyundan əldə edilən məbləğ 110 manatdan çoxdur. Bir saatlıq qazancı 700 manata yaxın olan obyekt qətiyyən müştəri qıtlığı yaşamır. Və gün boyu fəaliyyət göstərir. 

 

Lakin yaxınlıqda yaşayanlardan öyrəndik ki, bəzən gündüz saatlarında obyekt işləmir. Ancaq gecənin yarısınadək kafedə səs-küy kəsilmir. Obyektə gələn müştərilərə isə heç bir yaş məhdudiyyəti qoyulmur.

 

Obyektin bütün divarlarında oyunun şərtləri haqda məlumatlar, 500-1000 manatlıq “cek-pot” uduşlarının olması ilə bağlı reklamlar vurulub. 

 

Qumar oyunu o qədər qızğın və fasiləsiz davam edirdi ki, orada olduğumuz 40 dəqiqə ərzində torbadan daş çıxaran 3 şəxs bir-birini əvəz etdi. İnsaf naminə, onu qeyd edək ki, bu obyektdə çay pulsuzdur. Təxminən 10-15 dəqiqədən bir masalara armudu stəkanlarda çay verilir.

 

Obyektdə işçi qismində təxmini olaraq saydığımız şəxslərin sayı 15-20 nəfər idi. Bu şəxslər kameralara nəzarət edir, çay, kart paylayır, pul yığır, uduşlara nəzarət edir, torbadan daş çıxarır, obyektdə sakitliyə və oyunun qaydalarına nəzarət edir və s.

Xatırladaq ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244 nöqtə 1-ci bəndinə əsasən, qumarxana təşkil etmə və saxlamaya görə 2 ilədək islah işləri və ya 3 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

 

Bəs görəsən, qanunsuz olaraq Bakının mərkəzində rahatlıqla qumarxana açan bu şəxslər hansı cəzanı alacaq? Küçədə limon, qəzet satışına icazə verilmədiyi bir halda göz görə-görə qumarxana açanlar kimlərdir? Biz məsələni işıqlandırdıq. Cavabsız qalan suallara cavab vermək isə hüquq-mühafizə orqanlarının və aidiyyatı qurumların üzərinə düşür.







 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam