Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

ANS MTRŞ-ya qalib gəldi

 

Bakı Apellyasiya Məhkəməsində ANS Teleradio Şirkətinin Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı şikayəti əsasında məhkəmə prosesi keçirilib. 

Xeberinfo.com:   Məlumata görə, hakim Nurəddun Mustafayevin sədrlik etdiyi iclasda apellyasiya şikayəti təmin olunub. Birinci instansiya məhkəməsinin qərarı ləğv edilib. 

Qeyd edək ki, sentyabrın 30-da MTRŞ-nın iclası keçirilib. Həmin iclasda ANS televiziyasının efirində həftə ərzində bazar günü istisna olmaqla, 1-5-ci günlər (bazar ertəsi-cümə günləri), saat 07:00-dan – 10:00-dək, şənbə günü 08:00-dan 10:00-dək yayımlanan “Salam, Azərbaycan” proqramının yayımının 06 oktyabr 2015-ci il tarixindən etibarən 10 (on) gün müddətinə dayandırılması barədə də qərar qəbul edilib.

“ANS” Teleradio Şirkət MTRŞ tərəfindən verilən qərarın qanunsuz hesab edilməsi barədə iddia tələbi ilə 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə müraciət edib.

Şirkətə 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsində baxılıb və iddia təmin edilməyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam