Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
Günün xəbəri

Eldar Mahmudova 3 maddə üzrə cinayət işi açılır

 

Yaxınlarda rütbəsi və medalları əlindən alınacaq sabiq nazirin bütün varidatından siyahı tuturlar, müsadirə ediləcəklər 

Sabiq MTN şefinin varidatını siyahıya almağa başlayıblar.

"Xeberinfo.com":   Məlumata görə, bu barədə JAM.AZ-a etibarlı mənbələrdən məlumat daxil olub. 

Həmin məlumatda deyilir ki, hazırda ev dustağı olan Eldar Mahmudovun bütün əmlakı, obyektləri və gəlir yerləri haqqında müfəssəl məlumatlar toplanlaraq, dosye halına salınır. Burada tək məqsədin həmin gəlir yerləri və əmlakların müasdirə edilməsidir. 

Mənbə JAM.AZ-a bildirib ki, Eldar Mahmudoval bağlı hakimiyyət hələlik səbr edir, proseslərin bir qədər durulmasını gözləyir. Bundan başqa, MTN-də də tam strukturlaşmanın başa çatdırılmasına qədər səbr etmək niyyətindədir. İdda edilir ki, bu proses ən geci noyabrın ortalarına qədər çəkməlidir və ardından ikinci “dalğa” gələcək. 

JAM.AZ-a məlumat verən mənbənin sözlərinə görə, sabiq nazirə üç maddə üzrə cinayət işi açılacaq. Onlardan biri vəzifə səlahiyyətlərindən sui-istifadə, digəri dövlətə xəyanət, üçüncüsü isə korrupsiya əməlləri ilə bağlı olacaq. Elə əmlakla bağlı aparılan araşdırma və siyahıyaalma da həmin maddə üzrə qaldırılmış cinayət işinin yekununda varidatının müsadirə edilməsi ilə nəticələnəcək. 

Qeyd edilir ki, əgər bu prose baş verərəsə, o zaman Eldar Mahmudovun general rütbəsi, indiyə qədər aldığı orden və medallar, hətta təltif edildiyi fəxri fərmanlar belə əlindən alınacaq. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam