Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Prezident MTN rəhbərini işdən çıxardı- ŞOK

 

Eldar Mahmudov Azərbaycanın milli təhlükəsizlik naziri vəzifəsindən azad edilib. 

"Xeberinfo.com":   Məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Milli Təhlükəsizlik naziri postuna yeni təyinatla bağlı sərəncam, hələ ki, imzalanmayıb.

Eldar Mahmudovun vəzifəsindən azad olunması, heç şübhəsiz son illərin ən ciddi hadisələrindən biridir. İlk baxışdan gözlənilməz hadisə olsa da, Eldar Mahmudovun Prezidentin yanında etimadı itirdiyi haqda xeyli vaxtdır söhbətlər gəzirdi. İndi tam əminliklə demək olar ki, MTN başçısının vəzifəsindən azad olunması Beynəlxalq Bank ətrafında başlayan qalmaqalın davamıdır.

Hələ Cahangir Hacıyev (Eldar Mahmudovun qudası) vəzifəsindən azad olunandan və Beynəlxalq Bankda dövlətin milyardlarla manatının mənimsənildiyi məlum olandan az sonra bu işlərdə Eldar Mahmudovun da ciddi rolunun olduğu haqda məlumatlar gəlməkdə idi.Belə ki, 100 milyonlarla manatın məhz E.Mahmudovun göstərişi əsasında müxtəlif iş adamlarına verildiyi bildirilirdi. Bu faktlar təqdim olunduqdan sonra Prezidentin E.Mahmudov bərk qəzəbləndiyi də verilən məlumatlar sırasında idi.

Bu baxımdan, gözlənilirdi ki, Beynəlxalq Bankla bağlı istintaqın sonunda E.Mahmudov da vəzifəsindən azad olunacaq. Bu ehtimal artıq reallaşıb. Ona görə də, Prezidentin bugünkü sərəncamını həm də Cahangir Hacıyevin həbsinə sanksiya kimi də qəbul etmək olar.

Məsələ ondadır ki, Cahangir Hacıyev dövlətin milyardlarla manat vəsaitini heç bir təminat olmadan öz ətrafına paylamaqla yanaşı, həm də 21 fevral öncəsi (devalvasiya ərəfəsində) maliyyə xəyanətində də şübhəli bilinir. Bu, açıq-aşkar Azərbaycan Prezidentinə xəyanət, dövlətə qarşı sabotaj idi. Belə bir xəyanətin qarşısını almalı olan bir nömrəli şəxs isə, heç şübhəsiz məhz Eldar Mahmudov idi. Lakin o, bunun öhdəsindən gələ bilməmişdi. Bəlkə də gəlmək istəməmişdi.

E.Mahmudovun etimadını sarsıdan bir başqa hadisə isə Dövlət Bayraq Meydanı İdarəsinin keçmiş direktoru Rəşad Məmmədovun ətrafında baş verən qalmaqal idi. R.Məmmədovun arxasında Prezidentin köməkçisi Əli Əsədov dursa da, Bayraq Meydanı ətrafında aparılan söküntü-tikinti işlərində Eldar Mahmudova yaxın adamların da adı hallanırdı.

Bəs Eldar Mahmudovun yerinə kim təyin olunacaq? Bu sualın cavabı hakimiyyət daxilindəki qüvvələr nisbətinə ciddi təsir edəcək.

Beləliklə, deyə bilərik ki, Prezident İlham Əliyev sağı göstərib, solla vurdu! Hamı Ziya Məmmədovla bağlı sərəncam gözləyərkən, O, hakim komanda daxilindəki ən ağırçəkili fiqurlardan birini kənara itələdi.

Ardı varmı?

Azpolitika.info

***

Musavat.com xəbər verir ki, başqa bir versiyaya görə isə, Eldar Mahmudov Qərb yönümlü məmurlardan olmaqla, ABŞ və İsrail xüsusi xidmət rəhbərləri  ilə əməkdaşlıq içərisində idi. Son vaxtlar ölkənin siyasi kursunun Rusiyaya yaxınlaşması bu cür mühüm postda Qərblə iç-içə olan birisinin qalmasını mümkün etməyib.

*****

Lakin bütün bu versiyaların tam tərsini iddia edənlər də var. Hətta bir sıra iddialara görə, Eldar Mahmudov prezidentin ən etibar etdiyi şəxsdir, özünə bağlıdır  və yaxın günlərdə ölkənin baş naziri təyin ediləcək.

 

Hətta tanınmış və məlumatlı ekspertlərdən biri musavat.com-un poçtuna "Prezident Eldar Mahmudovu gələn həftənin birinci günü baş nazir postuna təqdim edəcək", kimi cəsarətli iddia da yollayıb. Orada deyilir ki, E. Mahmudov heş bir qrupa aid deyil, oliqarx sayılmır, prezidentə ən sadiq və güvənilir kadrlardandır; onun bu cür vurulması mümkünsüzdür -  İlham Əliyev oliqarxiyanı zəiflədir və YAP ağırlıqlı hökumət qurur. Məhz belə bir məqamda baş nazir postu yenilənməlidir. Bu posta da E. Mahmudovdan layiqli kadr ola bilməz".       


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam