Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Kreditlə bağlı daha bir korrupsiya

 

“TBC Kredit” Bank olmayan kredit təşkilatı MMC-dən saxta sənədlər əsasında kredit alınması barədə Dövlət Neft Şirkətindən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

 

"Xeberinfo.com":   Baş Prokurorluqdan verilən məlumata görə, araşdırmalar zamanı adları istintaq yolu ilə müəyyənləşdirilən vəzifəli şəxslərin vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə ayrı-ayrı vətəndaşların şəxsiyyət vəsiqələrini və iş yerləri barədə arayışları saxtalaşdıraraq “TBC Kredit” MMC-dən aldatma yolu ilə 8.0 min manat məbləğində krediti ələ keçirməklə qeyd olunan cəmiyyətin qanunla qorunan mənafelərinə zərər vurmalarında şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 320.1 (rəsmi sənədləri, möhürləri, ştampları, blankları saxtalaşdırma, hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) və 320.2-ci maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə cinayəti törətmiş şəxslərin dairəsinin müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam