Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Nazirlər Kabinetinin qarşısında aksiya

 

Yanan binanın sakinləri aksiya keçiriblər.

"Xeberinfo.com":  Məlumata görə, saat 14 radələrində əvvəlcə Bakı Şəhər İcra Hakimiyyətinə və oradan da Prezident Administrasiyasına yollanan sakinləri heç kim qəbul etməyib.

Sakinlər daha sonra Nazirlər Kabinetinin qarşısına toplaşıblar.

30 nəfərə yaxın sakinin tələbi onlara verilən vədlərin yerinə yetirilməsidir. Sakinlər bildirirlər ki, yanğından sonra binanın təmiri keyfiyyətsiz şəkildə həyata keçirilib.

Prezidentin tapşırığına əməl etdiklərini göstərməyə çalışan məmurlar mənzilləri keyfiyyətsiz mebellərlə və ev əşyaları ilə təmin ediblər. Narazı sakinlər kondisioner, soyuducu kimi əşyaları, söz verilsə də, ala bilmədiklərini də qeyd ediblər.

Nazirlər Kabinetinin qarşısına toplaşanlar arasında yanğın zamanı zərər görən, yararsız vəziyyətə düşən obyektlərin və maşınların sahibləri də olub. Onlar da heç bir kompensasiya ala bilmədiklərinə görə etiraz ediblər.

Xatırladaq ki, Binəqədi rayonunda-Azadlıq prospektində baş verən yanğında 15 nəfər ölmüşdü. Binanın bütün mənzilləri yanmışdı.

Musavat.com 

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam