Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

İcra başçısı qadını hədələyib jurnalistdən qaçdı - VİDEO

 

Sabuncu qəsəbə sakini Tahirə Ağasıyeva Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevdən şikayətçidir.

"Xeberinfo.com":   Məlumata görə, şikayətçinin dediyinə görə, icra başçısı yaşadıqları evin qarşısında - 4 hektarlıq ərazidə mərmər sexi tikdirir. Bu tikilinin yerinə ərazidə park salınmasını istəyən qəsəbə sakini Prezident Administrasiyasına və bir sıra nazirliklərə icra başçısından şikayət edib.

T.Ağasıyeva bildirir ki, bundan sonra icra başçısı yaşadığı əraziyə gəlib. Həmin vaxt dərdini demək uçun başçıya yaxınlaşsa da Adil Vəliyev onu təhdid edib.

Tahirə Ağasıyevə deyir ki, həmin gün RİH işçiləri 3 saat onun qapısında gözləyib, ona ərizə yazdırdıqdan sonra gediblər. Ərazidəki bəzi sakinlər də tikintidən narazı olduqlarını deyirlər.

Şikayətçi onu da deyir ki, RİH işçiləri tikinti aparılan ərazinin SOCAR-a aid olduğunu desələr də sakinlər bu ərazidə yalnız icra başçısının işçilərini görüblər. Tahirə Ağasıyevanın söylədyinə görə, bundan sonra başına bir iş gəlsə, bunun səbəbkarının Adil Vəliyev olması ilə bağlı artıq 102 xidmətinə də məlumat verib.

Meydan TV-nin əməkdaşı şikayətçi ilə birgə Sabunçu Rayon İcra Hakimiyyətində olub. Mühafizəçi qurumun mətbuat xidmətinin olmadığını, icra başçısına jurnalistin və şikayətçinin gəldiyini bildirdiyini deyib. Avqustun 28-də Adil Vəliyevin saat 17:00-dək qəbul saatı olsa da o, saat 16 radələrində haqqındakı ittihamlara cavab vermədən binanı tərk edib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam