Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Ermənilər Ağdərədən qaçır

İşğal altındakı Ağdərə rayonu və kəndlərində erməni hərbi qulluqçusu və polislərdən başqa bütün mülki əhali yaşayış yerlərini tərk edib. Son hadisələrdə Ermənistan ordusunun 200-ə qədər hərbçisi ölüb və yaralanıb.

 

Xeberinfo.com:  APA-nın beynəlxalq mənbələrdən əldə etdiyi məlumata görə, Ermənistan hakimiyyəti əhalinin, əsasən də gənclərin yaşayış məntəqələrini tərk etmələrinin qarşısı almaq məqsədi ilə Əsgəran şəhərinin çıxışında post yaradıb. Rayonu tərk edən əhali həmin postda saxlanılaraq təmas xəttindəki mövqelərə göndərilirlər.

Digər məlumatlara görə isə son hadisələrdə Ermənistan ordusunun 200-ə qədər hərbçisi ölüb və yaralanıb. Ermənistanın hərbi rəhbərliyi itkiləri ictimaiyyətdən gizlətmək üçün meyitlərin bir hissəsini və yaralıların əksəriyyətini işğal altındakı Azərbaycan ərazilərində saxlayır.

Sosial şəbəkələrdə isə orduda xidmət edənlərin ailə üzvlərinin Ermənistan Müdafiə Nazirliyinin və hərbi komissarlıqlarının qarşısına toplanmış çoxlu sayda şəkilləri yayılıb. Onlar övladlarının taleyi barədə məlumat almaq üçün artıq iki sutkaya yaxındır ki, gözlədiklərini, lakin heç bir cavab ala bilmədiklərini yazırlar.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam