Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

PKK Bakı-Tiflis-Ərzurum qaz kəmərini yenə partlatdı- VİDEO

 

PKK terrorçuları Bakı-Tiflis-Ərzurum qaz borusunun Qars vilayətindən keçən hissəsində partlayış törədiblər.

"Xeberinfo.com":   “Anadolu” agentliyinin verdiyi məlumata görə, partlayış qaz borusunun Qars vilayətinin Sarıqamış qəsəbəsindən keçən hissəsində törədilib.

Qars valisi Günay Özdəmir mətbuata açıqlamasında partlayışın 20-dək PKK terrorçusunun hücumu nəticəsində törədildiyini bildirib.

“Partlayış terror hücumu nəticəsində baş verib. Güclü yanğın səbəbindən əraziyə yaxınlaşmaq mümkün deyil. Yanğının söndürülməsi istiqamətində tədbirlər görülür” - deyə Günay Özdəmir bildirib.

Onun sözlərinə görə, qaz borusunda təbii qazın nəqli dayandırılıb. Hadisə yerində müşahidə olunan güclü alov qonşu Ərzurum vilayətinin bəzi yaşayış məntəqələrindən də aydın görünür. Ərazi jandarma və polis qüvvələri tərəfindən nəzarətə götürülüb.

Qeyd edək ki, bundan əvvəl avqustun 4-də də Bakı-Tiflis-Ərzurum qaz borusunda partlayış törədilmişdi.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam