Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Turizm şirkətinin rəhbəri axtarışa verildi, lisenziyası isə ləğv edildi

 

Mədəniyyət və Turizm Nazirliyi “İnter Travel Club” turizm şirkətinin lisenziya fəaliyyətini dayandırıb.

"Xeberinfo.com":   Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, “İnter Travel Club” Məhdud Məsuliyyətli Cəmiyyətinə 27.05.2011-ci il tarixdə, qeydiyyat nömrəsi 224, turizm fəaliyyəti ilə məşğul olmaq üçün xüsusi razılıq (lisenziya) verilib.

Adıçəkilən şirkət barəsində Mədəniyyət və Turizm Nazirliyinə daxil olmuş çoxsaylı şikayətlərə, KİV-də dərc edilmiş məqalələrə əsasən müvafiq araşdırma aparılıb və şirkət tərəfindən həqiqətən də bir neçə vətəndaşın aldadaraq pullarını mənimsənildiyi, hazırda hüquq-mühafizə orqanları tərəfindən şirkət rəhbərliyi axtarışa verildiyi müəyyən edilib.

Nazirlikdən bildiriblər ki, qeyd olunanları nəzərə alaraq ”İnter Travel Club” Məhdud Məsuliyyətli Cəmiyyətinə verilmiş 27.05.2011-ci il tarixli, 224 qeydiyyat nömrəli lisenziyanın fəaliyyəti dayandırılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam