Redaktor seçimi
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
QHT-lərə Dövlət Dəstəyi adı ilə büdcə talançılığı: Korrupsiyanın anatomoyası –
Əli Həsənovun kürəkəninin Avropada biznes şəbəkəsi aşkarlandı -
Biləsuvarda dövlətin pulu könül istəyi ilə xərclənir(?) -
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Günün xəbəri

“Riyad-farm”ın rəhbərliyi dələduzluqda ittiham edilir

 

Son zamanlar mediada “Riyad-farm” dərman şirkəti haqqında qarışıq, ictimaiyyəti çaşdıran məlumatlar yayılır. 
"Xeberinfo.com":  Məlumata görə, moderator.az- ın əməkdaşı Riyad-farm MMC-nin baş mühasibi ilə baş verənlərə aydınlıq gətirmək üçün görüşüb.
 
“Riyad-farm” MMC-nin baş mühasibi İbadət Məlikov əməkdaşımızla söhbətində bildirib ki, Azərbaycan Beynəlxalq Bankına kredit borcları ilə əlaqədar şirkətin yüz faiz paylı təsisçisi və direktoru Aqil Quliyev və şirkətin real sahibi və idarəçisi Həsən Şərifov hüquq - mühafizə orqanları tərəfindən həbs edilmişdir. İbadət Məlikov nəzərinizə çatdırdı ki, mətbuatda 200 milyon manat kredit borcu ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil: 
“Onların Azərbaycan Beynəlxalq Bankına akkreditiv üzrə kredit borcu 24 milyon manat təşkil edir. Əsasən də şirkətin iflas olmasına səbəb şirkətin sahibləri Həsən və Asif Şərifov qardaşlarının “Riyad-farm” şirkətinin gəlirlərini və banklardan götürdükləri kreditləri özlərinə məxsus kənd təsərrüfatı biznesinə (3000 hektar meyvə bağları, soyuducu anbarlar, meyvə şirəsi və konsentratı zavodu və s.), Moskvadakı bizneslərinə yatırmaları və bu biznesdə uğursuzluqları səbəb olmuşdur.  
“Riyad-farm”ın mərkəzi ofisi və deposunun yerləşdiyi yerə görə 4 aylıq kirayə haqqı borcu yığılmışdır və işçilərin çoxuna 2 aylıq əməkhaqqı borcları qalmışdır”. 
İbadət müəllim onu da bildirdi ki, hal-hazırda şirkət  fəaliyyətini dayandırıb. “Dərman idxalı dayanmış və bütün apteklər bağlanmışdır” deyə o vurğulayıb.
İbadət Məlikov həmçinin bildirib ki, mətbuatda yanlış olaraq “Riyad-farm”la “Riyad ” şirkəti qarışıq salınır: 
“2007-ci ildən “Riyad-farm” şirkətinin bütün maliyyə təsərrüfat fəaliyyətinə rəhbərliyi direktor Aqil Quliyev, şirkətin real sahibləri  Həsən və Asif Şərifov qardaşları həyata keçirmişlər. Sadəcə olaraq, bu adda şirkətin əhali arasında inam qazanması səbəbindən ad dəyişdirilmədən “Riyad-farm” brend adı ilə fəaliyyətlərini davam etmişlər və “Riyad-farm” dərman şirkəti  “Riyad ” şirkətinə  məxsus Bakıxanovda yerləşən depo və mərkəzi ofisin icarəçisi olub. Hal-hazırda “Riyad” şirkəti “Riyad-farm”ın rəhbərliyini  dələduzluq,  vəzifə  saxtakarlığı, aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə əmlak ziyan vurma və digər iddialarla iyun ayında məhkəməyə vermişdir.”

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam