Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Aydın Əliyev millət vəkilinin qardaşını işdən qovdu

 

Dövlət Gömrük Komitəsinin Xəzər Dənizində Azərbaycan Respublikasının İqtisadi Mənafelərinin Mühafizəsi Gömrük İdarəsinin rəisi Nizami İbrahimov bu gün tutduğu vəzifədən azad olunub.

"Xeberinfo.com":   Məlumata görə, bu barədə “Azərtaym.az” saytı məlumat verir.

Məlumatda bildirilir ki, Nizami İbrahimovun vəzifəsindən azad olunması gözlənilməz olub. O, günün birinci hissəsində iş yerinə gəlib və idarənin kollektivini yığaraq onlarla vidalaşıb.

Nizami İbrahimov Milli Məclisin üzvü, Aqrar Siyasət Komitəsinin sədri Eldar İbrahimovun qardaşıdır.

 Eldar İbrahimov cəmi 2 gün əvvəl – iyulun 27-də aznews.az saytına müsahibəsində genetik modifikasiya olunmuş məhsulların ölkə ərazisinə gətirilməsilə bağlı danışarkən, Dövlət Gömrük Komitəsi və Dövlət Sərhəd Xidmətinin bu məsələdəki fəaliyyətsizliyinə diqqəti çəkmiş, bu dövlət qurumlarını sərt tənqid etmişdi. Sitat: “Geni dəyişdirilən məhsulların ölkəyə buraxılması, onların insanlar satılması dəhşətli cinayətdir. Gərək aidiyyəti qurumlar, şəxslər məhsuliyyətli olsunlar”.

Bundan dərhal sonra Dövlət Gömrük Komitəsi açıqlama yayaraq deputatı təkzib etmişdi.

Eldar İbrahimovun Gömrük Komitəsini tənqid etməsindən 2 gün sonra Gömrük Komitəsinin sədri Aydın Əliyevin deputatın qardaşını işdən çıxarması təsadüf ola bilərmi?

Fikrimizcə, bu barədə geniş şərhə ehtiyac yoxdur.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam