Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Bakıya uçuşlarımız olmayacaq”

 

“Azərbaycan ucuz qiymətə uçuşları yerinə yetirməyə imkan versə…”.

"Xeberinfo.com":   WizzAir aviaşirkəti Bakıya uçuşlarını bu şəhərin hava limanı birtərəfli şəkildə bizimlə müqavilənin müddəalarını dəyişdirdikdən sonra dayandırıb. Şirkət heç vaxt nə Azərbaycanda, nə da başqa bir yerdə tələb olunan xidmət haqqlarını ödəməkdən imtina edib.
Bu barədə Report-un sorğusuna cavab olaraq Macarıstanın WizzAir lou kost aviaşirkətinin mətbuat xidmətindən AZALın vitse prezidenti Arif Məmmədovun “Azərbaycan Hava Yolları”nın WizzAir-a heç bir maneəçilik törətmədiyi və lou-kost şirkətinin Azərbaycan bazarını özü tərk etdiyi ilə bağlı fikirlərini şərh edərkən bildiriblər.
Macar şirkətindən, həmçinin bildirilib ki, WizzAir xidmətlə bağlı qərarları bir sıra amillərə əsaslanaraq qəbul edir. Bundan başqa, aviaşirkət bildirib ki, 2015-ci ildə Bakıya uçuşlar bərpa olunmayacaq, çünki şirkətin bu il üçün iş qrafiki artıq müəyyən edilib:
“Lakin şirkət bu məsələ ilə bağlı istənilən yeni təklifini nəzərdən keçirməyə hazırdır. Əgər hava limanı rüsumları və uzunmüddətli saziş bizə Azərbaycana ucuz qiymətə uçuşları yerinə yetirməyə imkan versə, bu barədə əvvəlcədən xəbər veriləcək”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam