Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Vahid Ələkbərovun Rumıniyadakı əmlakına həbs qoyuldu

 

Rumınyanın Ploeşti şəhərinin apelyasiya palatası “Lukoil Europe Holdings Bvatrium Olanda” şirkətinin əmlakına həbs qoyub

"Xeberinfo.com":   Ans press-in məlumatına görə, prokurorluğun iddiası ilə gerçəkləşdirilən həbs 2 milyard avroluq əmlaka şamil edilib. Həmçinin Rusiyanın "Lukoyl" şirkətinin hesabları da dondurulub.
Məhkəmənin mətbuat xidmətindən BBC-yə bildiriblər ki, bu addım çirkli pulların yuyulması və vergidən yayınma işi üzrə istintaq çərçivəsində gerçəkləşdirilir.
Oktyabr ayında Rumıniya polisi “SC Petrotel Lukoil S.A. Ploiesti” şirkətinin zavodunda və ofislərində axtarışlar aparıb. Prokurorluq iddia edir ki, indi yeni şübhəlilər peyda olub. Onların sırasına şirkətin başçısı və daha beş əməkdaş daxildir. Şübhəlilərdən ikisi Rusiya vətəndaşıdır.
Ümumiyyətlə, cinayət işi ilə bağlı 23 reyd keçirilib. Bu çərçivədə səhmlərinin 97 faizi "Lukoyl"a məxsus olan Petrotel" də də axtarış aparılıb.
İstintaqın ilk vaxtlarında şübhəlilərin vurduğu zərər 200 milyon avro həcmində qiymətləndirilirdi. Amma indi prokurorluqda ehtimal edirlər ki, dəyən zərər milyardlarla ölçülür.
"Lukoyl" hələ ki, bu barədə xəbərləri şərh etməyib. Ümumiyyətlə, 2014-cü ildə şirkətin işi düz getməyib. “Lukoyl” prezidenti Vahid Ələkbərov keçən il şirkətin 2 milyard dollar itirdiyini vurğulayıb.
Rumıniyadan başlanan küləyin azərbaycanlıya məxsus Rusiya şirkətinə nə qədər zərər vuracağı hələ ki məlum deyil.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam