Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Lukoil” benzinin qiymətini qaldırır

lukoyl“Lukoyl” şirkəti Rusiyada aksiz vergisinin artımını nəzərə alaraq benzinin qiymətini bahalaşdıracaq.

Xeberinfo.com:  Məlumata görə, bunu “Lukoyl” şirkətinin vitse-prezidenti Vladimir Nekrasov deyib.

Onun sözlərinə görə, Rusiyada benzinin qiyməti 1 litr üçün azı 2 rubl artırılmalıdır: “Biz 15 milyon ton neft məhsulunu daxili bazarda satırıq. Aksiz vergisinin artımı ilə əlaqədar olaraq biz 1 yanvardan bu yana 30 milyard rubl itirdik. 1 apreldə aksizlərin artımı nəticəsində biz daha 30 milyard rubl itirəcəyik”.

Rusiya Energetika Nazirliyindən isə bildirilib ki, vergi yükünün artırılması yanacağın dəyərinə təsir etməyəcək.

Baku.ws “Lukoil-Azərbaycan” şirkəti ilə əlaqə saxlayaraq benzinin bahalaşması qərarının Azərbaycan bazarına şamil olunub-olunmayacağını öyrənməyə çalışıb. Şirkətdən bildirilib ki, “Lukoil”in bu qərarı yalnız Rusiya bazarına aiddir: “Azərbaycanda neft məhsullarının topdan və pərakəndə satış qiymətləri Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir”.

Sayt benzinin qiymətinin ucuzlaşması ilə bağlı təkliflərə münasibət öyrənmək üçün Tarif Şurası ilə də əlaqə saxlayıb. Qurumdan bildiriblər ki, yanacağın qiyməti ilə bağlı Tarif Şurasına heç bir müraciət daxil olmayıb: “Yaxın günlərdə də enerji daşıyıcılarının qiymətinin qaldırılması ilə bağlı məsələ gündəmdə deyil”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam