Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Səudiyyə şahzadəsi 32 milyardı xeyriyyə işlərinə ayırır

1750641_20150702025751Səudiyyə şahzadəsi Əl-Valid ibn Talal 32 milyard dollarlıq sərvətini xeyriyyə işlərinə ayıracaq.

"Xeberinfo.com":  Məlumata görə, Talal söz verib ki, yaxın illərdə bütün sərvətini özünün «Alwaleed Philanthropies» xeyriyyə fonduna köçürəcək. Fond da bu pulları səhiyyə sahəsindəki xeyriyyə layihələrinə, qadın hüquqlarının müdafiəsinə, həmçinin yoxsulluğun aradan qaldırılması ilə bağlı proqramlara ayıracaq.
Ər-Riyadda keçirdiyi mətbuat konfransında şahzadə bildirib ki, onun bu qərarını oğlu Xaled və qızı Rima da dəstəkləyib. Qeyd edək ki, şahzadə Əl-Valid Səudiyyə Ərəbistanının qurucusu kral Abdel Əziz ibn Suadun nəvəsidir.
«Forbes» jurnalı bu ilin martında Əl-Validin 22.6 milyardlıq sərvətə sahib olduğunu açıqlamışdı. Bu göstərici ilə şahzadə dünyanın ən varlı adamlarının siyahısında 34-cü yeri tutmuşdu. Əl-Valid isə bununla razılaşmayaraq jurnalistlərin onun varidatını olduğundan az göstərdiyni bəyan etmişdi.
Bu ilin martında «Apple»ın rəhbəri Tim Kuk bütün sərvətini xeyriyyə işlərinə ayıracağını elan etdi. Ümumiyyətlə, dünyanın məşhur « The Giving Pledge» klubunda təmsil olunan milyarderlər sərvətlərinin ən azı, yarısını xeyriyyəyə ayırmağa and içirlər. Klubun üzvləri arasında Uorren Baffet, Bill Geyts, Maykl Blumberq, Corc Lukas, Devid Rokfeller, Mark Çukerberq, Yuriy Milner, Vladimir Potanin kimi, milyarderlər də var.(azadlıq.info)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam