Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

"Rusiya ilə ciddi fikir ayrılığı uzunmüddətli olacaq"

 

Birləşmiş Şatatlar və onun NATO üzrə müttəfiqləri bu mövqedən çıxış edirlər ki, Rusiya ilə ciddi fikir ayrılıqları uzunmüddətli xarakter daşıyır və bu dövrdə Moskva ilə münasibətlərdə «sərt, amma balanslaşdırılmış» yanaşma mövqeyinə üstünlük veriləcək.

"Xeberinfo.com":  Məlumata görə, bu barədə ötən bazar günü Avropaya uçarkən ABŞ müdafiə naziri Eşton Karter təyyarədə jurnalistlərlə söhbəti zamanı bəyan edib (TASS).

Xəbər verilir ki, bu həftə E.Karter Almaniya və Estoniyaya səfər edəcək və NATO ölkələrindən olan həmkarları ilə 24-25 iyun tarixlərində Brüsseldə keçiriləcəyi planlaşdırılan iclasda iştirak edəcək. Amerikalı nazirin sözlərinə görə, həmin iclasda Ukrayna hadisləri ilə əlaqədar olaraq təhlükəsizlik sahəsində yaranmış yeni şəraitə və Rusiya ilə münasibətlərin kəskinləşdiyi indiki mərhələyə alyansın adaptasiya olması məsələsi müzakirə ediləcək:«Barəsində danışdığım adaptasiya onunla şərtlənir ki, gözləntilərə görə, mümkündür ki, Vladimir Putinin prezidentliyi dövründə və hətta bundan sonra da Rusiya dəyişməsin».

E.Karter eyni zamanda qeyd edib ki, Birləşmiş Ştatlar əvvəlki kimi bir sıra sahələrdə, o cümlədən, İranın nüvə proqramı üzrə danışıqlar və terrorçuluqla mübarizə də daxil olmaqla, Rusiya ilə əhəmiyyətli əməkdaşlıq edir. Odur ki, ABŞ bütün müttəfiqləri ilə birlikdə Rusiyaya yönəlik münasibətlərdə «sərt, amma balanslaşdırılmış» yanaşma sərgiləyir. Bu da NATO-nun Avropalı üzvlərinin təhlükəsizliyinin möhkəmləndirilməsi istiqamətindəki addımları nəzərdə tutacaq.

 

Azpolitika


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam