Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"İctimai Televiziyada çatışmazlıqlar, nöqsanlar mövcuddur"

 

         “Azərbaycanda İctimai Televiziya yarandığı gündən cəmiyyətin buna çox böyük dəstəyi oldu. Amma təbii ki, çatışmazlıqlar, nöqsanlar mövcuddur”.

"Xeberinfo.com":  Məlumata görə, bunu Milli Məclisin iclasında İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının tərkibində dəyişikliklər edilməsi məsələsinin müzakirəsi zamanı deputat Fuad Muradov deyib. O bildirib ki, İTV-nin Yayım Şurası hər il hesabat dərc edir: “Bu hesabatda televiziyada gedən proseslər öz əksini tapır”.

Fuad Muradovun sözlərinə görə, neqativ proseslər narahatlıq yaradan amillərdəndir. Onun fikrincə, problemləri həll etmək üçün nəzarət mexanizmi gücləndirilməlidir: “İctimai Televiziya yeganə qurumdur ki, orada ictimaiyyət nümayəndələri var. İctimai Televiziya modeli digər televiziyalar üçün istifadə oluna bilər”.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov da bildirib ki, Azərbaycan televiziyalarında bayağı verilişlərin sayı çoxalır. “Yaxşı olardı ki, bayağı verilişlərlə bağlı məsələ tənzimlənsin. Bu sahədə ciddi problemlər mövcuddur”.

 

Modern. az 

 

 

  


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam