Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Azərbaycanın ərazi bütövlüyü tanınmasa, Avropa İttifaqı ilə assosiasiya sazişi imzalanmayacaq”

 

“Türkiyə Avropa Şurasının yaranan gündən üzvüdür. Qardaş ölkə Avropa İttifaqı ilə assosiasiya sazişini 1963-cü ilin sentyabrında imzalayıb. 1965-ci ildə isə imzalanan sənəd qüvvəyə minib. Bundan 40 il sonra, 2005-ci ildə yenə də bu saziş təkrarlanır, danışıqlar gedir”. 

"Xeberinfo.com":  Modern.az saytının məlumatına görə, bunu Milli Məclis sədrinin müavini Valeh Ələsgərov deyib.

O qeyd edib ki, bu müddət ərzində bütün parametrlərə görə Türkiyədən geri qalan xristian ölkələri Avropa İttifaqına qəbul edilib: “Türkiyə isə yaxın buraxılmır və buraxılmayacaq. Avropa İttifaqı əməkdaşlıqda Türkiyəni yararsız hesab edir. Bunun bir səbəbi də Türkiyənin türk və müsəlman ölkəsi olmasıdır. Başqa səbəbi də yoxdur”.

Milli Məclis sədrinin müavini bildirib ki, Azərbaycana qarşı aparılan kampaniyaya gəlincə, burada başqa səbəblər var. “Azərbaycanın kiminsə ağzına, əlinə baxmağa ehtiyacı yoxdur. Ona görə də Azərbaycanla danışmaq çox çətindir. Biz tələb edirik ki, bizimlə bərabər tərəfdaş kimi danışsınlar. Başqa cür qəbul etmirik. Çünki ehtiyacımız yoxdur. Bəziləri deyir ki, Azərbaycan Avropa İttifaqı ilə niyə görə assosiasiya sazişi imzalamır. Düzdür, biz bu sazişi imzalamırıq. Heç buna gedə də bilmərik. Birinci gündən Azərbaycanın tələbi olub ki, respublikamızın ərazi bütövlüyü tanınmalıdır və bu sazişin təməli olmalıdır. Buna isə getmirlər. Azərbaycan tərəfi olaraq kimsə bu sazişə qoşula bilərmi?! Bu, mümkün deyil. Ona görə də Azərbaycan bu sazişə qoşula bilməz”.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam