Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

“Şuşanın işğalı ilə bağlı bir sıra faktlar ortaya çıxıb”

 

“Şuşanın işğalı üçün bir sıra səbəblər vardı. Bu hadisələrin canlı şahidiyəm. O dövrdə baş verənləri yaxından izləyirdim. Elə indi də həmin proseslərlə bağlı bir sıra məqamları nəzərdən keçirirəm. Ortaya bəzi faktlar çıxıb”.

 

"Xeberinfo.com":   Məlumata görə, bunu eks-prezident Ayaz Mütəllibov Publika.az-a Şuşanın işğalının ildönümü ilə bağlı açıqlamasında bildirib. Onun sözlərinə görə, ermənilər bu işğal üçün xarici qüvvələrin köməyindən istifadə ediblər: “Təəssüf ki, Şuşanın işğalında daxili səbəblər də müəyyən rol oynadı. Siyasi mübarizə, qruplaşmalar bu işğalın meydana çıxmasında müəyyən rol oynadı. İndi hər birimizin buna ürəyi yanır. Ancaq əminəm ki, Şuşanın işğaldan azad ediləcəyi gün uzaqda deyil”.

 

Qarabağın dilbər guşəsinin işğaldan azad edilməsi yollarından danışan eks-prezident bəzi məqamlara da toxunub: “Torpaqlarımızı hərbi yolla azad etməyin bir sıra çətinlikləri var. Müharibəyə başlamaq adi məsələ deyil. Gücümüz kifayət qədər olsa da, bunun üçün külli miqdarda vəsait tələb olunur. Gərək elə edək ki, hərb variantından danışa-danışa özümüzə qarşı mənfi rəy formalaşdırmayaq. Bəlkə də, düşmən özü bizim hücuma keçməyimizi istəyir. Ancaq bunun arxasında nə dayanır, sonrakı proseslər nədən ibarət olacaq – həmin məsələni də nəzərə almalıyıq. Ölkə prezidenti bu məsələdə çox böyük təmkinlilik nümayiş etdirir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam