Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Misir mətbuatı Dağlıq Qarabağdakı “seçkiləri” pislədi

 

Misir mətbuatı bir sıra ölkələrin və beynəlxalq təşkilatların Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində keçirilən “seçkiləri” pisləyən bəyanatlarını yayıb

"Xeberinfo.com":  “Əl-Masr Əl-Yaum”, “Əl-Yaum Əl-Sabi” kimi nüfuzlu qəzetlərin saytlarında, həmçinin digər xəbər portallarında yerləşdirilən məqalələrdə ABŞ, Avropa İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı, Türkiyə və İspaniyanın mayın 3-də keçirilən “seçkilər”i tanımayacaqları ilə bağlı bəyanatlar verdiyi qeyd olunur.
 
Məqalələrdə ABŞ Dövlət Departamentinin nümayəndəsi Cef Ratkenin Birləşmiş Ştatların Dağlıq Qarabağı müstəqil, suveren dövlət kimi tanımadığı və bununla əlaqədar mayın 3-də keçiriləcək “seçkilər”in nəticələrini Dağlıq Qarabağın hüquqi statusuna təsir göstərən nəticələr kimi qəbul etməyəcəyi barədə fikirlərinə xüsusi yer ayrılaraq onun aşağıdakı sözləri sitat gətirilir: “ABŞ etiraf edir ki, münaqişənin hərtərəfli həlli kontekstində Dağlıq Qarabağın əhalisi öz gələcəyinin həllində rol oynayacaq və bu “seçkilər” Dağlıq Qarabağın qəti statusu məsələsini, yaxud münaqişənin sülh yolu ilə həllinə nail olmaq üçün cari danışıqların nəticələrini heç bir halda irəlicədən müəyyən etmir”.(azərtac)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam