Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Azərbaycanda yük qatarı aşıb

 

Bakı-Qazax dəmir yolunun 150-ci kilometrliyində, Hacıqabul rayonun Qarasu kəndi ərazisində yük qatarının relsdən çıxması nəticəsində 5 vaqon aşıb.

"xeberinfo.com" FHN-nin saytına istinadən xəbər verir ki, Hacıqabul rayonunun Qarasu dəmiryol stansiyası yaxınlığında Bakı-Ucar marşrutu ilə hərəkət edən yük qatarının 5 vaqonu və  hər birinin tutumu 60 ton olan 2 sisterni relsdən çıxıb.

Nəticədə 2 sistern aşıb, təxminən 500-600 kv.m sahəyə dizel yanacağı dağılıb. Sisternlərdən birinin qapağında mazut qalıqları yanıb. Dərhal yanğının qarşısı  yanğınsöndürənlər tərəfindən alınıb, ərazidə təhlükəsizlik tədbirləri görülüb.

   Hal-hazırda müvafiq qurumlar tərəfindən qəzanın nəticələrinin aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülür. 

   “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədovun verdiyi məlumata görə, qəza nəticəsində Gəncə istiqamətində qatarlarının hərəkətində məhdudiyyətlər yaranıb. Lakin hazırda həmin istiqamətə sərnişin qatarlarının hərəkəti bərpa olunub. Yük qatarlarının hərəkəti isə yaxın saatlarda bərpa olunacaq.

     İlkin ehtimala görə, qəzanın baş verməsinə texniki nasazlıq səbəb olub. Lakin dəqiq səbəblər ekspertlərin apardığı araşdırmalardan sonra məlum olacaq. Hazırda dəymiş ziyan hesablanıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam