Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"Rusiya raketlərlə bağlı razılaşmanı pozarsa, ABŞ cavab tədbirləri görəcək"

 

“Rusiya yaxın və uzaq mənzilli raketlərlə bağlı razılaşmanı pozmaqda davam edəcəksə, ABŞ cavab tədbirləri görəcək”. 

"Xeberinfo.com":  APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu ABŞ Dövlət Departamentinin köməkçisi Frenk Rouz bəyan edib.
“Biz Rusiyaya və tərəfdaşlarımıza açıq şəkildə bildirmişik ki, səbrimizin həddi var. Əgər Rusiya bu razılaşmanı pozmaqda davam edəcəksə və bizim narahatlıqlarımızı cavabsız qoyacaqsa, özümüzü və tərəfdaşlarımızı müdafiə etmək üçün addımlar atacağıq,” – deyə F. Rouz bildirib.
O qeyd edib ki, hələ 2014-cü ilin yayında ABŞ Rusiyanın yerüstü qanadlı raketləri hazırlanması və sınaqdan keçirməsi ilə yaxın və uzaq mənzilli raketlərlə bağlı razılaşmanı pozmasına öz etirazını bildirib.
Dövlət katibi köməkçisi qeyd edib ki, ABŞ bu problemə göz yummağı planlaşdırmır, onunla konstruktiv işləməsi üçün Rusiyaya təzyiq göstərməkdə davam edəcək: “Məqsədimiz Rusiyanı ləkələmək deyil, məqsədimiz razılaşmanı qorumaqdır. Biz bu razılaşmanın imzalandığı 1987-ci ildən bəri dünyanın kifayət qədər böyük bir hissəsinə sabitlik gətirəcəyinə inanırıq”.
Xatırladaq ki, son bir neçə ildə Rusiya və ABŞ qarşılıqlı olaraq bir-birini yaxın və uzaq mənzilli raketlərlə bağlı razılaşmanı pozmaqda günahlandırır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam