Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Səfər Əbiyevə qarşı şok iddialar

 

Faiq Mahmudov: “Cahangir Rüstəmovun həyətinə məktub atmışdılar ki, əgər bu işin açılmasını tələb etsəniz, onun oğlunu da aradan götürəcəyik...”

"Xeberinfo.com":  Şəmkirli iş adamı Elpərəst Həsənli “Lamiyə işi”ndə əsas fiqurant, Şəmkirin sabiq icra başçısı, kənd təsərrüfatı nazirinin müavini olmuş Aslan Aslanovu 6 ölüm işində suçlandırmışdı. “Yeni Müsavat”ın 10 mart tarixli sayında “İş adamı Aslan Aslanovun ”ölüm eskadronu” qurbanlarının adlarını açıqladı” sərlövhəli yazıda Elpərəst Həsənlinin dilə gətirdiyi ölümlər sırasında Gədəbəy batalyonunun komandiri Cahangir Rüstəmova sui-qəsd haqda məlumat da yer alırdı.
E.Həsənli iddia etmişdi ki, sui-qəsddən əvvəl C.Rüstəmova 10 kiloqram qızıl müqabilində Şınıx bölgəsindəki mövqelərdən çəkilməsi təklif olunub. Lakin komandir bu təkliflə yanına gələn şəxsi qovub.
Həmin yazıdan sitat: “Cahangir sayılıb-seçilən komandirlərdən idi, Aslanovun onun işlərinə qarışmasına imkan vermirdi. Onun maşınını Nəbi adlı şəxsin vasitəsilə minaya saldılar. Cahangir öldü, sürücüsü sağ qaldı. Bu məsələni araşdıran müstəntiqi də öldürdülər”.
C.Rüstəmovun oğlu Faiq Rüstəmov, Tovuz özünümüdafiə batalyonunun sabiq komandiri Etibar Əmiraslanov da bu iddialarla bağlı “Yeni Müsavat”a müsahibə verərək alay komandirinə sui-qəsd edildiyini bildiriblər…
21C.Rüstəmovun komandanı olduğu alayın bölüklərindən birinin komandiri olmuş Faiq Mahmudov da onun sui-qəsdlə öldürüldüyünə şübhə etmədiyi deyir:

– Cahangir Rüstəmovun korpus komandiri təyin olunması söhbəti çıxandan sonra o dövrdə briqada komandiri olan Səfər Əbiyevlə münasibətləri korlanmışdı. İcra başçısı Aslan Aslanov həmin dövrlər qərargaha gedib-gəlirdi. Cahangir Rüstəmova sui-qəsddən sonra hamı bu işin arxasında Səfər Əbiyevin olduğunu deyirdi. Bu hadisə olan günün səhəri işi araşdıran Şəmkir Hərbi Qarnizonunun müstəntiqi Səbuhiyə zəng vurmuşdum. Bizim münasibətlərimiz vardı. Ondan soruşdum ki, işin üstü açılacaq? Cavab verdi ki, kələfin ucu əlimdədir, narahat olma, çox yaxın bir vaxtda açılacaq.

- Nəyə görə əminsiz ki, bu, sui-qəsddir?
– Cahangir Rüstəmov Şınıxdakı həmin postu yoxlamağa gedəndə onun olduğu maşının qabağınca traktor böyük bir ağacın kötüyünü sürüyüb həmin yolla aparmışdı. Əgər yerə mina basdırılsa idi, traktor və ya ardınca sürütdüyü ağacın kötüyü minaya düşərdi. Bir də ki, əgər mina torpaqda olsaydı, partlayış baş verəndə dalğası Cahangir Rüstəmovun olduğu maşını götürüb yoldan kənara atardı. Çünki mina partlayış zamanı 60 tonluq tankı kənara atır. Bu baş verməmişdi. Partlayış maşının içində olmuşdu. Maşına əlavə benzin dolu qablar da qoyulmuşdu ki, partlayış zamanı həmin qablardakı benzinlər alışsın və maşın da, içindəkilər də yanıb məhv olsun. Mən Səbuhi ilə danışandan sonra o hadisə yerinə gedib və onu da eyni qaydada maşınına mina qoymaqla partlatdılar.
Biz hərbçilər Cahangir Rüstəmovun yasında hay-küy qaldırmaq istədik ki, bu məsələnin üstü niyə açılmır. Bizi kənara çəkib dedilər ki, Cahangir Rüstəmovun həyətinə məktub atıblar ki, əgər bu işin açılmasını tələb etsəniz, oğlunu da aradan götürəcəyik. Yaxınları da buna görə susmağa üstünlük verdilər.
Partlayıcını Cahangir Rüstəmovun olduğu maşının oturacağının altına qoymuşdular. Kimsə kənardan gəlib onun maşınına nəsə qoymağa cürət etməzdi. Maşına əlavə benzin qoyulması da bu işin əvvəldən qurulduğunu deməyə əsas verir.

- Etibar Əmiraslanov deyir ki, onun da, Cahangir Rüstəmovun da yanına bir dəstə gəlib, pul, qızıl müqabilində döyüş mövqelərindən çəkilməsini istəyib. Eşitmişdiz bu haqda? 
-Belə hallar olurdu. Mən İvanovkadakı Katlin adlı postda olanda yanımıza bir dəstə gəlmişdi. Əllərində siqaret, xırda-para şeylər vardı. Əsgərlərə paylayıb ordan-burdan danışdılar, uşaqların arasında təbliğat aparmağa başladılar ki, sizi bura qırdırmaq üçün qoyublar. Bu söhbəti biləndə onlarla danışdım. Məqsədim kimliklərini aydınlaşdırmaq idi. Dedilər ki, Etibar Məmmədovun adamlarıyıq. Həmin vaxt Etibar Məmmədov Saratovka kəndində Piriverdinin evində olmuşdu. Şınıxa da bir neçə avtobus yardım gətirmişdi. Mən o adamları qovdum, bu haqda Cahangir Rüstəmova məlumat verdim. Dedi ki, elə adamları qovmaq yox, yerindəcə güllələmək lazım idi.

-Ona sui-qəsddən əvvəl görüşmüşdüz?
1poAra-sıra görüşürdük. Günümüz döyüş mövqelərində keçirdi. Cahangir Rüstəmov bölgədəki təxribatların qarşısını alırdı. Bir gün məni yanına çağırdı. Gecə saat 1 idi. Dedi ki, Gəncədən Şerbakın 40 nəfərlik xüsusi dəstəsi göndərilib, onlar səni axtarır. Həmin vaxt batalyon komandirinin müavini idim. Onun yanında prokuror Əzimov, “KQB”nin rayon şöbəsinin rəisi və qərargah rəisi Nadir Qasımov var idi. Mənə ondan əvvəl fotomüxbir Kərəm Nəbiyev bu haqda məlumat vermişdi. Onun evinə həmin 40 nəfərlik dəstədən 2 nəfər – Saşa və Dima adlı ruslar getmişdilər. Kərəmdən mənim fotolarımı almışdılar. Kərəm gecə ilə evimə gəlib dedi ki, ruslar sənin fotolarını götürüb getdilər, sənə qarşı sui-qəsd hazırlayırlar. Deməyim odur ki, Cahangir Rüstəmov məni yanına çağıranda məsələ haqda məlumatlı idi. Ona dedim ki, mənə cangüdənlə gəzməyi tapşırırsız, sizin özünüzə də cangüdən lazımdır. Cavab verdi ki, mən bu xalq, millət üçün çalışıram, mənə heç nə olmaz.
O dövrdə Başkənd aşırımından Qara Arxac yoluna qədər döyüş mövqeyimiz idi. Belə bir xəbər vardı ki, bizim batalyonun komandiri Fazilin də içində olduğu bir əməliyyat hazırlanıb, erməniyə nəzarətimdə olan ərazidən silah keçiriləcək. Bu əməliyyata mənim mane olacağımı düşündüklərindən aradan götürmək istəyirdilər. Əməliyyatda briqadanın qərargah rəisi Nadir Qasımovun da adı hallanırdı. Mən Fazilin həmin işin içində olmasına inanmırdım. Cahangir Rüstəmovla söhbətdə ona demişdim ki, rəhbərlik mənə qarşı sui-qəsd hazırlandığını bilirsə, məni öldürə bilməzlər. Dedi ki, sən çox şeyi bilmirsən. Onlar əməliyyatı Keçidərəsi deyilən yerdə planlaşdırırdılar, orada keçilməz sədd yaradıb gözləmə mövqeyi tutduq. Bir neçə gün sonra batalyon komandıri Fazil zəng edib dedi ki, oradan çıx gəl, mən gedirəm, məni əvəz et. Biz çıxan günün səhəri həmin əməliyyat baş tutdu.

1SS-Baş verənlərə briqada komandiri Səfər Əbiyevin münasibəti necə idi? 
-Səfər Əbiyev bir gün batalyona gəldi, “NZ”ni (ehtiyyat ərzaq anbarını nəzərdə tutur – E.M) açdırdı. Oradakı kisələrə bir təpik vurub dedi ki, bunu niyə saxlamısız, paylayın əsgərlərə. Həmin vaxt əsgərlərimizin yeməyi də, içməyi də vardı. Yanımda arxa cəbhə üzrə müavinim Şəmsəddin Rüstəmov da vardı. Elə oradaca Şəmsəddinə dedim ki, bunun məqsədi sənə bu ərzağı verdirib 1 həftə sonra həbs etdirməkdir. Səfər Əbiyev oradaca mənə 10 sutka həbs verdi. 1 həftə sonra Səfər Əbiyev komissiya yaradıb qışqır-bağır saldı ki, bunlar batalyonun “NZ”sini dağıdıblar. Bu, sadəcə, təxribat idi. Səfər Əbiyevin döyüş aparma qabiliyyəti çox aşağı səviyyədə idi. Onun döyüş savadı yox idi. Cahangir Rüstəmova sui-qəsddən sonra onun yerinə Mahmud Həmzəyevi təyin etmişdilər. M.Həmzəyev də çox savadlı, işini bilən zabit idi. Səfər Əbiyev ona da hər cür maneçilik törədirdi, buna görə də Səfər Əbiyevlə münasibəti pis idi.

-Sizcə, Cahangir Rüstəmova qarşı sui-qəsdin üstünün açılması üçün nə etmək lazımdır? 
– Bu iş aşağıdan yuxarıya qədər araşdırılmalıdır. Bu gün Cahangir Rüstəmovun sürücüləri, həmin hadisədə qolundan şikəst olan sürücü də daxil olmaqla bir çox şahidlər sağdır. Bu işdə hamının şübhə ilə yanaşdığı Nadir Qasımov da, batalyon komandiri Nəbi də sağdır. Araşdırsınlar və bu qan yerdə qalmasın.

- Siz C.Rüstəmovun rəhbərliyi altında döyüşlərə nə vaxt qatılmışdız? 
-O dövrdə mən Tovuz Elektrik-Quraşdırma İdarəsində sahə rəisi idim. Xocalı hadisəsindən sonra hərbi komissarlığa getdim. Hərbi komissar Malbaxov idi. Məni çox pis qarşıladı, deyirdi ki, hərbdə pul çox verirlər, ona görə gəlmisən. Halbuki mülkidə daha çox əmək haqqı alırdım. Göndəriş alıb özünümüdafiə batalyonuna qoşuldum. Bölük komandiri oldum.
Sonradan Malbaxovu 2-ci batalyonun komandiri təyin etmişdilər. O, Başkənd əməliyyatının baş tutmaması üçün əlindən gələni edirdi. Malbaxov bizə qarşı çox aqressiv idi. Onun əmri ilə ermənilərə qarşı keçirdiyimiz əməliyyata görə məni və 2 nəfəri həbs etdirmişdi. Cahangir Rüstəmov sonradan bizi azad etdirmişdi. Cahangir Rüstəmov çox təxribatların qarşısını alırdı. Onu ələ ala bilmədilər, aradan götürdülər.
Yada salaq ki, C.Rüstəmov 1994-cü il martın 28-də Gədəbəyin Şınıx bölgəsində mina partlayışı zamanı həlak olub. (musavat.com)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam