Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Rusiyada daha bir helikopter qəzaya uğradı

Rusiyanın Xanti-Mansi muxtar vilayətində mülki helikopter qəzaya uğrayıb.

 

Xeberinfo.com:  Məlumata görə, Kedrovoe kəndi yaxınlığında qəzaya uğrayan AS-350 helikopterinin göyərtəsində 5 nəfər olub: 3 sərnişin və 2 ekipaj üzvü. Helikopterin qalıqlarını və həlak olanların cəsədlərini yerli polis əməkdaşı aşkar edib. 

Polisin məlumatına görə, göyərtəsində neft şirkətinin əməkdaşları olan helikopter Surqutdan uçurmuş.

Rusiya Federasiyasının İstintaq Komitəsinin nümayəndəsi Natalya Qunkinanın TASS-a verdiyi məlumata görə, ilkin məlumata əsasən 4 nəfər həlak olub, bir nəfərin aqibəti isə hələlik naməlumdur.

Hadisə yerində olan Rusiya Fövqəladə Hallar Nazirliyinin nümayəndəsinin bildirdiyinə görə, yerə çırpılan helikopter xırda hissələrə bölünüb.

Qeyd edək ki, bu, Rusiyada son 3 gündə baş verən ikinci hadisədir.

Noyabrın 26-sı ölkənin Krasnoyarsk əyalətinin Turuxan ərazisində Mi-8 helikopterinin qəzaya uğraması nəticəsində 15 nəfər ölüb, 10 nəfər isə yaralanıb.

Mi-8 helikopteri "Turuxan" aviaşirkətinə məxsus olub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam