Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Bizə reaksiya verilmədi”

 

ATƏT Parlament Assambleyasının Ukraynadakı böhranın həlli ilə bağlı Bakı Qrupunun yaradılması baş tutmayıb.
"Xeberinfo.com":  Məlumata görə, Azərbaycanın ATƏT PA-da nümayəndə heyətinin rəhbəri, Milli Məclisin sədr müavni Bahar Muradova APA-ya açıqlamasında bildirib ki, qərar verildiyi vaxtdan xeyli müddət keçməsinə və məsələnin dəfələrlə gündəmə gətirilməsinə baxmayaraq, bu mexanizmin işə düşməsi alınmayıb.
B. Muradova deyib ki, qrupun yaradılmasına qərar verildikdən sonra ATƏT PA-nın rəhbəri dəyişib və yeni rəhbərlik mexanizmin işə düşməsi üçün qəti addım atmayıb: “Qurumun son sessiyasında biz bu məsələni yenidən gündəmə gətirdik və qərarın həyata keçirilməsini istədik. Lakin reaksiya verilmədi və beləliklə, Bakı Qrupu yaradılmadı”.
Qeyd edək ki, ATƏT PA-nın Bakıda keçirilən 23-cü yay sessiyasında Ukrayna böhranının həlli ilə bağlı Bakı Qrupunun yaradılması barədə qərar qəbul olunmuşdu.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam