Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

NATO-Azərbaycan münasibətləri müzakirə edildi

 

NATO-nun Uels sammiti tarixi hadisə oldu və bu sammitin qarşıya qoyduğu vəzifələr tək təşkilat üçün deyil, ümumilikdə region üçün vacibdir.

"Xeberinfo.com":  Trend-in məlumatına görə, bu barədə bu gün Bakıda “NATO-nun Uels sammitindən sonra Şimali Atlantika İttifaqı və tərəfdaş ölkələr arasında əməkdaşlıq” mövzusunda keçirilən konfransda çıxışında AMEA-nın İnsan Hüquqları və Konfliktologiya İnstitutunun direktoru, millət vəkili Aytən Mustafayeva bildirib.
Onun sözlərinə görə, Azərbaycan-NATO əməkdaşlığı bir neçə istiqamətdə inkişaf edir: “Mənim üçün vacib istiqamət Azərbaycan ərazilərinin minalardan təmizlənməsidir. Bilirsiniz ki, Azərbaycan MDB məkanında bu problemə daha çox məruz qalmış ölkədir və qeyd edilən istiqamətdə əməkdaşlıq vacibdir. Daha bir istiqamət kiberterrorçuluqdur. Bu, beynəlxalq terrorçuluğun bir qoludur”.
Millət vəkili deyib ki, Azərbaycan 20 ildir erməni terrorçuluğu ilə mübarizə aparır. Onun sözlərinə görə, başqa bir maraqlı istiqamət Əfqanıstanla bağlıdır. Azərbaycanın Əfqanıstandakı proseslərdə fəal iştirak etdiyini vurğulayan A.Mustafayeva bildirib ki, hərbi kontingentin çıxarılmasından sonra Azərbaycan bu ölkədə başqa istiqamətdə fəaliyyətini davam etdirəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam