Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Yarmarkalarda yalnız bu məhsullar satışa çıxarıla bilər-XƏBƏRDARLIQ

 Yenixeber.şorg: Yarmarkalarda minimum keyfiyyəti və təhlükəsizliyi qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə cavab verən, mənşəyi və keyfiyyəti barədə sənədləri olan və qeydiyyata alınmış subyektlər (illik dövriyyəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən ailə-kəndli təsərrüfatları istisna olmaqla) tərəfindən istehsal edilmiş kənd təsərrüfatı məhsulları satışa çıxarıla bilər.

 Bu, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin ərzaq məhsullarının ticarəti ilə məşğul olan müəssisələrdə (topdan və pərakəndə satış obyektləri, bazar, yarmarka və s.) koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişində əks olunub.

Bununla yanaşı, yarmarkanın təşkilatçısı yarmarkanın keçiriləcəyi ərazinin baytarlıq, fitosanitar, sanitar-epidemioloji və ekoloji tələblərə dair qaydalar və normalara uyğun olmasını təmin etməlidir. Yarmarkanın təşkilatçısı yarmarkanın keçiriləcəyi ərazinin, piştaxtaların, daşıma vasitələrinin müntəzəm olaraq təmizlənməsi, yığışdırılması, yuyulması və dezinfeksiyası ilə əlaqədar xidmətləri təşkil etməlidir. Yarmarkanın keçiriləcəyi ərazi satıcıların satış yerlərinin qurulmasından qısa müddət öncə və yarmarka ilə bağlı fəaliyyətlər sona çatdıqdan sonra dezinfeksiya edilməlidir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam