Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Cəmilə Bağırova komitə sədri gətirilir-Hicran Hüseynovanı əvəzləyəcək

 

 

 Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Hicran Kamran qızı Hüseynovanın Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.  

Yenixeber.org: Aldığımız bəzi məlumatlara görə, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə komitədə Uşaq Problemləri şöbəsinin müdiri Cəmilə Bağırovanın təyin ediləcəyi deyilir.

Məlumatı dəqiqləşdirmək istəsək də, bu mümkün olmadı. Qarşı tərəf kimi Uşaq Problemləri şöbəsinin müdiri Cəmilə Bağırovanın da münasibətin ictimailəşdirməyə hazırıq.

Onu da qeyd edək ki, komitədə Uşaq Problemləri şöbəsinin müdiri Cəmilə Bağırovanın adı mətbuatda zaman-zaman Dubaydan oğurlanaraq Türkiyə üzərindən Azərbaycan ərazisinə gətirilmiş ABŞ vətəndaşı azyaşlı Ceylanın məsələsində hallanıb. Mətbuatda dərc olunan həmin yazılarda bildirlirdi ki, Uşaq Problemləri şöbəsinin müdiri Cəmilə Bağırova ABŞ vətəndaşı azyaşlı Ceylanın bibisi, Davud Bağırovun isə bacısıdır.

Mətbuatda yayılan məlumatlara görə,  Qırğızıstan Respublikasının vətəndaşı, Birləşmiş Ərəb Əmirliklərinin Dubay Əmirliyinin Rezidenti Merim Beishekeyeva (Beyşekeyeva) ilə cavabdeh Bağırov Davud Zöhrab oğlu Birləşmiş Ərəb Əmirlikləri-Dubay Hökuməti Dubay Məhkəmələri-Dubay İbtidai Şəriət Məhkəməsində 29 iyun 2011-ci il tarixdə 211/M/930-cu nömrəsiylə nikahı rəsmiləşdirmişdilər.

Sonradan Merim Beishekeyevanın (Beyşekeyevanın) tərəfindən Bağırov Davuda qarşı “nikahın pozulmasına, azyaşlı qızı Ceylanın Merim Beishekeyevanın (Beyşekeyevanın) himayəsində qalması, aliment və s.” iddia tələbinə dair Birləşmiş Ərəb Əmirlikləri-Dubay Hökuməti Dubay Məhkəmələri-Dubay İbtidai Şəriət Məhkəməsinə verilən iddiaya əsasən rəsmi nikahı pozulmuşdur.

Bağırov Davud Zöhrab oğlu bildiyi halda ki, Dubay Əmirliyində Merim Beishekeyeva (Beyşekeyeva) ona qarşı 14 iyul 2015 ildə iddia qaldırıb, o da Merim Beishekeyevaya (Beyşekeyevaya) qarşı qarşılıqlı iddia qaldırıb, bununla belə azyaşlı Ceylanı, həmçinin onun doğum şəhadətnaməsini, pasportunu və Merim Beishekeyevanın (Beyşekeyevanın) doğum şəhadətnaməsini, ona aid digər sənədləri bacısı, Ailə, Qadın, Uşaq problemlər dövlət komitəsinin uşaq problemlər şöbəsinin müdiri Bağırova Cəmilənin, anası olmuş Əhmədova Ramidənin vasitələriylə oğurlayaraq Dubaydan Türkiyəyə, orada 4 (dörd) gün qaldıqdan sonra Azərbaycan ərazisinə gəlmiş olmuşdular.

Çünki azyaşlı Ceyla Amerika Birləşmiş Ştatlarının vətəndaşı olduğundan Azərbaycana mütləq viza almaq lazım idi, lakin Türkiyə ilə Amerika Amerika Birləşmiş Ştatları arasında vizasız rejim olduğundan Bağırov Davud azyaşlı Ceyla ilə Türkiyəyə uçub 4 (dörd) gün ərzində hansısa saxtakarlıqlar edib, Azərbaycan ərazisinə uçub gələ bilmişdilər.

Yuxarıda qeyd edildiyi kimi Dubay Əmirliyində məhkəmənin getdiyini bildiyi halda Bağırov Davud özünü sığortalamış olmaq üçün Bakı şəhərində Merim Beishekeyevaya (Beyşekeyevaya) qarşı “nikahın pozulması və azyaşlı qızının onun yanında qalmış olması” barədə 29 fevral 2016-cı ildə iddia qaldırmışdı, Dubaydakı məhkəmə barədə bir cümlə də olsun belə məlumat verməmişdi. Səbail rayon məhkəməsinin hakimi olmuş Bağırov Nurəddin də qəyyumluq və himayəçilik orqanlarını işə cəlb etmədən iki ayın ərzində bir məhkəmə iclası keçirmiş olaraq 28 aprel 2016-cı ildə onun ıddasının təmin edilmiş olması barədə 2(009)-1528/2016-cı saylı getnaməni çıxarmışdı. Nə isə...

Nəhayət 05 fevral 2017 ildə Merim Beishekeyeva (Beyşekeyeva) anası ilə birlikdə Azərbaycana gəlirlər.Bügünə qədər Merim Beishekeyeva (Beyşekeyeva) dəfələrlə çalışsa da ki, azyaşlı qızı Bağırova Ceylayla görüşsün, Bağırov Davudun özü ümumiyyətlə Azərbaycanda çox nadir halda çox qısa müddətə gəlib-getmiş olduğundan onu tapa bilməsələr də qızının Davudun anası olmuş Ramidə Əhmədovanın və bacısı olmuş, respublikanın ailə, qadın və uşaq problemlər komitənin uşaq problemlər şöbəsinin müdiri olmuş Bağırova Cəmilənin yanlarında qalmış olduğunu bildiyindən onların ünvanlarına gedib, onlara zəng vurub, nə qədər yalvarsa da ki, qızı ilə heç olmasa onların iştirakı ilə on-on beş dəqiqəyə görüşsünlər, qızı üçün gətirdikləri hədiyyələri təqdim etsinlər, nə keçmiş qaynanası olmuş Ramidə xanım, nə də keçmiş baldızı olmuş Cəmilə Bağırova qətiyyən imtina etmişdilər.

Cəmilə Bağırova Merim Beishekeyevaya (Beyşekeyevaya) hədə-qorxu gəlmişdi ki, respublikanın qadın komitənin sədri olmuş Hicran Hüseynova ilə çox yaxşı münasibətdə olduqlarından, həmçinin əli yüksək vəzifəli şəxslərə çatmış olduğundan bütün dövlət orqanları onun tərəfində durmuş olacadılar. Merim Beishekeyeva (Beyşekeyeva) hüquqlarını çox qabartsa Bakıdan gedəndə gömrükdə və sərhəd xidmətində onun çantasında və ya ciblərində narkotik tapa bilmiş olardılar.

Səbail r-n qeydiyyat şöbəsinin rəisi olmuş İradə İsgəndərovanın da prezidentə yaxın olmuş olduğunu bildirmişdi.Bir daha bir faktı diqqətinizə çatdırmaq istəyirik ki, Bağırova Cəmilə öz səlahiyyətlərindən sui-istifadə etmiş olaraq hələ 12 dekabr 2012-ci il tarixində Səbail r-n qeydiyyat şöbəsinin rəhbərliyi ilə cinayət əlaqəsinə girmiş olaraq Merim Beishekeyevanın (Beyşekeyevanın) azyaşlı qızı Ceylaya AZ-II № 970077, 1479-cu nömrəsiylə verilmiş 12 dekabr 2012-ci il tarixiylə qeydiyyatdan keçmiş doğum şəhadətnaməsi almışdı.

Halbuki həmin vaxt Merim Beishekeyeva (Beyşekeyeva) azyaşlı qızı Ceyla ilə Amerika Birləşmiş Ştatlarında, Bağırov Davud isə Dubayda idi. Merim Beishekeyeva (Beyşekeyeva) uşağı dünyaya gətirənə qədər Davudla Bakıda sonuncu dəfə 2012 ilin iyun ayında olmuşdular. Onlar yalnız 2013 ilin aprel ayında Bakıya gəlmişdirlər.Sual olunur belə halda nə Merim Beishekeyeva (Beyşekeyeva), nə də Bağırov davud Azərbaycanda olmadıqları halda həmin doğum şəhadətnaməsini necə verə bilərdilər?!?...

Sonradan məlum olmuşdu ki, Bağırova Cəmilə komitənin sədri olmuş Hüseynova H.K.-ın adından istifadə etmişdi, hətta bildirmiş olmuşdu ki, Hüseynova H.K.-ın qeydiyyat şöbəsinin rəhbərliyini inandırmış olub ki, bu “işin üstü açılmayacaqdı”.

Sonradan Dubay Ali Məhkəməsinin 250/2016 saylı 14 fevral 2017 il tarixli Qərarın Azərbaycan Respublikasının ərazisində tanınmasına və məcburi icrasına yönəlməsinə dair Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyası tərəfindən 2 dəfə: 05 oktyabr 2017 il tarixdə; 06 fevral 2019 il tarixdə tanınmaları və məcburi icralarına yönəlmələrindən ötrü Qərardadlar çıxarılmalarına baxmayaraq Bağırov Davudun tərəfindən verilmiş şikayətlərinə görə respublikanın konustitusiya məhkəməsi tərəfindən qəsdən, maddi maraqlara görə heç bir əsas olmadan iki dəfə icraata götürmüşdülər, iki dəfə də qüvvədən düşmüş hesab etmişdilər.

Sonda onu da qeyd edək ki, Dubay Ali Məhkəməsinin 250/2016 saylı 14 fevral 2017 il tarixli Qərarın Azərbaycan Respublikasının ərazisində tanınmasına və məcburi icrasına yönəlməsinə dair Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyası tərəfindən 3-cü dəfə baxılaraq, Bağırov Davudun xeyirinə qanunsuz olaraq qərar çıxarılıb.(milletinsesi.info) 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam