Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

İcbari tibbi sığortanın tətbiqinə başlanılır-Bu gündən

 

Bu gündən etibarən Azərbaycanda icbari tibbi sığortanın mərhələli tətbiqinə başlanılır. “Tibbi sığorta haqqında” qanunda dəyişiklik edilməsi barədə” qanun 2020-ci il yanvarın 1-dən qüvvəyə minib.

Yenbixeber.org: Nazirlər Kabinetinin 27 dekabr 2019-cu il tarixli qərarına əsasən icbari tibbi sığorta 4 mərhələdə həyata keçiriləcək.

Birinci mərhələdə, sistem bu gündən başlayaraq Naxçıvan Muxtar Respublikasının şəhər və rayonları, Mingəçevir şəhəri, Qusar, Xaçmaz, Quba, Şabran, Siyəzən, Xızı, Qobustan, İsmayıllı, Ağsu, Şamaxı, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, Göyçay, Ucar, Zərdab, Kürdəmir, Yevlax və Ağdaş rayonlarında tətbiq ediləcək.

Qeyd edək ki, Muxtar Respublikada icbari tibbi sığortanın tətbiqini Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi həyata keçirir.

İkinci mərhələdə aprel ayından etibarən daha 21 regionun (Gəncə və Naftalan şəhərləri, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Samux, Göygöl, Goranboy, Xocalı, Beyləqan, Xocavənd, Ağcabədi, Laçın, Bərdə, Füzuli, Ağdam, Tərtər və Kəlbəcər rayonları), üçüncü mərhələdə - iyul ayından 15 regionun (Şirvan şəhəri, Astara, Lənkəran, Lerik, Yardımlı, Masallı, Cəlilabad, Neftçala, Biləsuvar, Cəbrayıl, Salyan, İmişli, Saatlı, Sabirabad və Hacıqabul rayonları) və dördüncü mərhələdə - oktyabr ayından etibarən 7 regionun (Bakı, Sumqayıt və Xankəndi şəhərləri, Abşeron, Qubadlı, Zəngilan və Şuşa rayonlarının) rəsmi qeydiyyatda olan əhalisi icbari tibbi sığorta sistemindən yararlanacaq.

Qanuna müvafiq olaraq aprelin 1-dən isə icbari tibbi sığorta haqlarının toplanılmasına başlanılacaq.

Bununla yanaşı, bu gündən etibarən mərhələlərə bölünməklə dövlət büdcəsinin vəsaiti hesabına bütün əhali üzrə təqvim ili üçün adambaşına 90 manat icbari tibbi sığorta haqqı ayrılacaq.

Qanuna əsasən, icbari tibbi sığorta müddətli həqiqi hərbi xidmət hərbi qulluqçulara, həbs edilmiş şəxslərə, müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxslərə (məntəqə tipli cəzaçəkmə müəssisələri istisna olmaqla), Azərbaycanda qaçqın statusu almış və BMT-nin Qaçqınlar üzrə Ali komissarının respublikadakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər istisna olmaqla Miqrasiya Məcəlləsinə əsasən respublikada müvəqqəti olan, müvəqqəti və ya daimi yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə şamil edilmir.

Qeyd edək ki, icbari tibbi sığortanın ölkə üzrə mərhələli tətbiqinə hazırlıq məqsədi ilə 2019-cu ildə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən müxtəlif istiqamətlərdə tədbirlər həyata keçirilib. Belə ki, birinci mərhələdə icbari tibbi sığorta sisteminə qoşulacaq regionların (Naxçıvan MR istisna olunmaqla) tibb müəssisələrində informasiya-kommunikasiya texnologiyaları infrastrukturunun qurulması üzrə işlər icra olunub, tibb müəssisələrinin elektron idarəedilməsini təmin edən proqram təminatı yaradılıb və xəstəxanalar kompüter avadanlıqları ilə təchiz olunublar. Həmçinin proqram təminatından istifadə qaydaları, kadr məsələləri, tibbi işçilərinin peşə bacarıqlarının təkmilləşdirilməsi üzrə təlimlər təşkil edilib, regionlarda əhali arasında maarifləndirmə işləri aparılıb. Eyni tibb müəssisələrinin rəhbər heyəti ilə görüşlər keçirilib. Məqsəd rəhbər heyəti icbari tibbi sığorta sisteminin tətbiqi və tibbi xidmətlərin keyfiyyətinin artırılması istiqamətində görüləcək tədbirlərlə bağlı məlumatlandırmaq olub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam