Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

Qonşu ölkədə “kriminal etiraz”-“qanuni oğru”nun azadlığı tələb olunur

 

Türkiyə konsulluğunun qarşısında “kriminal etiraz” –

Gürcüstanın Batumi şəhərində yerləşən Türkiyə konsulluğunun qarşısında etiraz aksiyası keçirilib. 

Yenixeber.org: Aksiyanı keçirənlər gürcü əsilli “qanuni oğru” Mindii Qoradzenin  (“Lavasoğlu Batumski”) yaxınları olub. Onlar bir ildən artıqdır ki, Türkiyədə həbsdə olan Qoradzenin azadlığa buraxılmasını tələb ediblər.

Qoradzenin vəkili bildirib ki, Türkiyə hökuməti bu günə qədər “qanuni oğru”ya heç bir ittiham irəli sürməyib. O, bəlli olmayan səbəblərdən hələ də ağır şərtlər altında həbsxanada saxlanılır. 

“Türkiyə həbsxanası Gürcüstanın istənilən vətəndaşı üçün ağırdır. Dini faktor vəziyyəti bir qədər də ağırlaşdırır. Biz onun azadlığa buraxılmasını tələb edirik. Əgər gürcü tərəfinin hansısa şikayəti varsa, Gürcüstan öz vətəndaşının qayğısına qalmalıdır”, - deyə Qoradzenin bacısı İrina bildirib. 

Bundan əvvəl məlumat yayılmışdı ki, “qanuni oğru” Gürcüstana ekstradisiya olunması tələbi ilə aclıq askiyası keçirir. Məlumat üçün deyək ki,  Qoradze “qanuni oğru” olaraq kriminal iyerarxiyada yüksək mövqe tutduğuna görə Gürcüstan məhkəməsi onun barəsində qiyabi olaraq 12 il azadlıqdan məhrumetmə barədə hökm çıxarıb.

İnterpol xətilə axtarışda olan Qoradze 2018-ci ilin payızında Türkiyədə saxlanılıb. Həmin ilin iyulunda məhkəmə Qoradzeni “qanuni oğru” olduğuna görə təqsirli bilib. O, həmçinin hədə-qorxu yolu ilə pul tələb etməkdə və jurnlaistlərin peşə fəaliyyətinə maneçilik törəkməkdə təqsirli bilinib.  

Gürcüstan prokurorluğunun məlumatına görə, Qoradze 2014-2015-ci illərdə Gürcüstandakı kriminal avtoritetlərlə sıx əlaqədə olub, onlardan kriminal aləmdəki vəziyyət barədə məlumatlar alıb və öz təsir imkanlarını artırmaq üçün göstərişlər verib. O, həmçinin “obşak”a vəsait  (“oğru fondu”) toplanmasında iştirak edib. 

Yayılan məlumatlara görə, Qoradze ilə azərbaycanlı “qanuni oğru” Nadir Səlifovun (“Quli”) münasibətləri o qədər də ürəkaçan deyil. Qoradze və ukraynalı “qanuni oğru” Antimos Kuxilava (“Antik”) Nadir Səlifovun Odessada möhkəmlənməsinə əsas maneə hesab edilirlər. Bir neçə il əvvəl Nadir Səlifovun Odessadakı adamları ilə Qoradze və Kuxilavanın tərəfdarları arasında toqquşma baş vermişdi.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam