Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Bu “qanuni oğru” azadlığa çıxır -FOTOLAR

 


Nüfuzlu “qanuni oğru” azadlığa çıxır - FOTOLAR
MDB məkanında ən nüfuzlu “qanuni oğru” hesab edilən gürcü əsilli Tariel Oniani gələn həftə həbsxanadan vaxtından əvvəl azadlığa çıxacaq.
Yenixeber.org: "Rosbalt” agentliyi xəbər verir ki, kriminal aləmdə "Taro" ləqəbi ilə tanınan Onianinin daha 3 il müddətinə inzibati nəzarətdə saxlanılması ilə bağlı Rusiya Federal Penitensiar Xidmətinin tələbi cinayətkarın Rusiyadan deportasiya ediləcəyi əsas gətirilərək məhkəmə tərəfindən rədd edilib.

Agentlik yazır ki, Taronun azadlığa çıxmasından sonra “1 nömrəli qanuni oğru” yeri uğrunda mübarizə kəskinləşəcək.

Qeyd edək ki, “qanuni oğru” Taro biznesmenin qaçırılması və qəsbkarlıqda təqsirləndirilərək 2009-cu ildə saxlanılıb. O, sərbəst buraxılması üçün 15 milyon rubl təklif etsə də, məhkəmə onun barəsində həbs qətimkan qərarını dəyişməyib. 2010-cu ilin iyulunda isə Tariel Oniani Moskva məhkəməsi tərəfindən 10 il həbs cəzasına məhkum edilib. Həmin vaxtlar məlumat yayılmışdı ki, “qanuni oğru” Taronun həbsdə saxlanılmasında Gürcüstanın o zamankı prezidenti Mixeil Saakaşvilinin marağı olub.

İstintaq zamanı nəzarətdə saxlanılma müddəti də nəzərə alınaraq, Taro 2019-cu ilin 11 iyulunda azadlığa çıxmalı idi. Lakin 2017-ci ildə məhkəmə vasitəsilə o, cəza müddətinin 9 il 10 ayadək azaldılmasına nail olur. Rusiya Federal Penitensiar Xidmətinin sənədlərində göstərilir ki, Tariel Oniani 2019-cu ilin 9 aprelində – bir həftədən sonra həbsxana divarlarını tərk edəcək.







Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam