Redaktor seçimi
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Günün xəbəri

Səmdarlar Rza Nuriyevdən şikayətçidir- “ASC-nin TORPAQ SAHƏSİNİ SATIB, PULUNU ÖLKƏDƏN ÇIXARMAQ İSTƏYİR”

 


Conference-_musahide_persons_chair-696x329

“Dünən – 24 sentyabr 2019-cu il saat 11.00-da “Transavto EKS” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçirilib. Yığıncaqda qeyri-qanuni olaraq, cəmiyyəti ləğv etməyə cəhd edilib”. 

Yenixeber.org: Bu barədə redaksiyamıza Səhmdar Cəmiyyətin üzvlərindən biri məlumat verib. Məlumatda bildirilir ki, Səhmdar Cəmiyyətin səhmlərinin 82,5%-i Rza Nuriyev adlı şəxsə məxsusdur. Onun bu qədər səhmə 1998-ci ildə 20-ci hərracda cəmi 350 özəlləşdirmə payı ilə sahib olduğu bildiririlir. Bu da Rza Nuriyevin Əmlak Komitəsinin keşmiş rəhbərliyinə yaxın olması ilə bağlanır.

Məlumatda bildirilir ki, Rza Nuriyev toplantıya qatılmadığından,  ığıncağa onun səlahiyyətli nümayəndəsi rəhbərlik edib. O, Rza Nuriyevin cəmiyyəti ləğv etmək istədiyini bildirib:“Yığıncaqda qeyri-qanuni olaraq cəmiyyəti ləğv etməyə cəhd edildi. Rza Nuriyevin Səhmdar Cəmiyyətin 2,55 ha özəlləşmiş torpaq sahəsinin 2,2 milyon manata satışına və cəmiyyətin ləğvinə razılıq verdiyi bəyan edildi. Cəmiyyətin minlərlə kv.metr ərazini əhatə edən binaları və əsas vəsaiti isə cəmi 30 min manat dəyərləndirildi”.

Mənbənin sözlərinə görə, Səhmdar Cəmiyyətin 50-yə qədər səhmdarı ASC-nin ləğv olunmasının əleyhinə çıxıb: “Yalnız Rza Nuriyevin səlahiyyətli nümayəndəsi təkidlə ASC-nin ləğvinin lehinə səs verdi. Deyilənlərə görə Rza Nuriyev və ailəsi keçmişdə müxtəlif vasitələrlə sahib olduğu dövlət əmlaklarını satıb, əldə etdiyi pul vəsaitlərini ölkədən kənara çıxarmaq istəyir. Rza Nuriyevin övladlarının da Azərbaycandan kənarda yaşadığı bildirilir…”

Bununla bağlı səhmdarlar tərəfindən aidiyyatı qurumlara müvafiq müraciətlər olunub, ASC-nin qeyri-qanuni olaraq ləğv edilməsinin qarşısının alınması xahiş olunub.(azpolitika)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam