Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Ağ Ev 2020-ci ilin büdcəsini açıqladı – 4.7 trilyon dollar –Tramp hərbi xərcləri 5 faiz artırmağı təklif edir

Ağ Ev bazar ertəsi 2020-ci il üçün 4.7 trilyon dollarlıq büdcəni açıqlayıb. Buna prezidentin qeyri-qanuni immiqrasiyanın qarşısını almaq məqsədilə ABŞ-Meksika sərhədində divarın inşası üçün tələb etdiyi 8.6 milyard dollar da daxildir.

Yenixeber.org: “Amerikanın səsi” bildirir ki, Trampın büdcə layihəsində Pentaqonun büdcəsinə 5 faizlik artıma, qeyri-hərbi xərclərin isə 5 faiz azaldılmasına çağırılır ki, bu da yaşlı amerikalıları sağlamlıq sığortası və pensiya ilə təmin edən populyar proqramlara ayırılan büdcənin kəsilməsi deməkdir.

İdarəetmə və Büdcə İdarəsinin müvəqqəti direktoru Ras Vout deyib ki, Trampın büdcə planı maliyyə məsələləri üzrə məsuliyyəti əks etdirir.

“Biz demək istəyirik ki, biz ölkənin təhlükəsizliyini artırmağa davam etməliyik. Biz sərhəddə təhlükəsizliyi gücləndirməyə davam etməliyik” , o deyib.

Senatın Demokrat partiyasının lideri Çak Şumer Trampın təklifini “biyabırçı büdcə” və “orta sinfin qarnına yumruq” adlandırıb.

O və Nümayəndələr Palatasının spikeri Nensi Pelosi bu həftə yaydıqları bəyanatda deyib ki, prezidentin bahalı və effektiv olmayan divarı inşa edə bilmək üçün tələsik höküməti bağlaması genişmiqyaslı hərc-mərclik yaratdı”.

Konqres divarın inşası üçün maliyyə ayırmağı rədd edib və nəticədə Tramp məğlubiyyətini qəbul edib, höküməti yenidən açmağa məcbur olub. Hər iki yüksək vəzifəli demokrat deyir ki, əgər “o buna yenidən cəhd etsə” eyni şeylər baş verəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam