Redaktor seçimi
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Günün xəbəri

Gömrük orqanı işçilərinin peşə bayramı günüdür

Gömrük orqanı işçilərinin

Bu gün Azərbaycanın gömrük orqanı işçilərinin peşə bayramı günüdür.

Yenixeber.org: Dövlət Gömrük Komitəsi (DGK) 1992-ci il yanvarın 30-da yaradılıb. Gömrük dövlət xəzinəsini gəlirlə təmin edən ən mühüm dövlət atributlarından biridir. Gömrük sistemi həm də ölkəyə qeyri-qanuni yolla müxtəlif malların gətirilməsinin, habelə ölkənin ən mühüm strateji sərvətlərinin aparılmasının qarşısını alır. Azərbaycanda gömrük sisteminin təşkili tarixi çox qədimdir.

Bu günün gömrük işçilərinin peşə bayramı günü kimi qeyd edilməsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, Azərbaycan Prezidentinin 1997-ci il yanvarın 10-da imzaladığı müvafiq Sərəncama əsasən, yanvarın 30-u gömrük işçilərinin peşə bayramı günü elan olunub.

DGK bu illər ərzində sürətli inkişaf yolu keçib və ölkəmizdə dünya standartlarına uyğun gömrük xidməti formalaşıb. Xüsusilə də 2018-ci il Azərbaycanda gömrük sahəsində islahatlar ili kimi yadda qalıb.

Qeyd edək ki, Prezident İlham Əliyev ötən gün Dövlət Gömrük Komitəsi əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam