Belçikanın Lyej şəhərində silahlı şəxs 2 polisi öldürüb.
Yenixeber.org Express-ə istinadən xəbər verir ki, polis hadisə yerinə gəlməmişdən əvvəl cinayətkar 1 qadını girov götürüb və atəş açaraq 2 polisi öldürüb. Daha sonra həmin şəxs vurularaq zərərsizləşdirilib.
Hadisənin motivi və kim tərəfindən görədilməyi hələlik qeyri-müəyyəndir. Polis hadisənin terror aktı olduğunu düşünür.