Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

MSK sabah prezident seçkilərinin nəticələrinə yekun vuracaq

 

Sabah, aprelin 15-də Mərkəzi Seçki Komissiyası (MSK) aprelin 11-də keçirilən prezident seçkilərinin nəticələrini yoxlayaraq yekun vuracaq

Yenixeber.org:  MSK-nın sabah keçiriləcək iclasında prezident seçkilərinin nəticələri ilə bağlı ümumi məlumat veriləcək, nəticələrə dair yekun protokolun tərtib edilməsi barədə qərar qəbul ediləcək.

Yekun protokol tərtib olunduqdan sonra sənəd Konstitusiya Məhkəməsinə təqdim ediləcək.

Konstitusiya Məhkəməsi də Azərbaycan Respublikası Prezidenti seçkilərinin yekunları haqqında məlumatı səsvermə günündən sonra 14 gün ərzində, yəni aprelin 25-dək rəsmən elan etməlidir.

Xatırladaq ki, aprelin 11-də keçirilmiş prezident seçkilərində ölkə üzrə olan 5 milyon 314 min 365 seçicidən 3 milyon 962 min 123 nəfəri (ümumi seçicilərin 74,30 faizi) səsvermədə iştirak edib. Səsvermənin nəticələrinə əsasən, prezidentliyə namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən İlham Heydər oğlu Əliyev 86,03 % (3 milyon 397 min 664), Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev – 3,02 % (119 min 390), öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş Zahid Oruc - 3, 11 % (123 min 6), Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu – 3.03 % (119 min 674), Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə - 1.38% (54 min 603), Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev – 1.52 % (59 min 977) Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev – 1.17 % (46 min 10), "Cəbhəçilərin təşəbbüs qrupu" tərəfindən namizədliyi irəli sürülmüş Razi Nurullayev – 0.74 % (29 min 282) səs toplayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam