Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Ölkə mediasına “küçük” deyən direktor:Fikrimdə qalıram

 

 

   

Jurnalistlərlə bağlı dediyim fikirlərin üzərində dururam, təkzib də etmirəm. Sözlərimi geri də götürməyəcəm.

Yenixeber.org: Bu sözləri Kult.az-a Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Coğrafiya İnstitutunun direktoru, professor Ramiz Məmmədov Modern.az saytına verdiyi açıqlamada ölkə mediasında çalışan bütün jurnalistləri təhqir etməsi, jurnalistləri “bezdarnı”, savadsız adlandırmasından danışarkən deyib.

Azərbaycanda bir dənə də olsun savadlı jurnalist olmadığını deyən professor bildirib ki, onu ölkə mediasında çalışanları təhqir etməyə elə jurnlaistlər özləri vadar edib. Təhqirlə danışan AMEA direktoru onu bu həddə çatdıran jurnalisti günahkar görüb:

“Açıqlama alırsız, sonra təhrif edirsiz. Konkret sizi nəzərdə tutmuram, yəni çoxu təhrif edir. Mənim fikrimi öz istədikləri şəkildə qələmə alırlar. Saytlardan biri yazmışdı ki, guya mən açıqlama vermişəm ki, bundan sonra Azərbaycana ümumiyyətlə qar yağmayacaq. Bu qədər yalan olar? Bu mənim fikrimi təhrif etməkdir, mövzunu bilməməkdir, savadsız yanaşmadır”.

Hüquqşünas Səməd Vəkilov Axar.az-a açıqlamasında bildirib ki, R.Məmmədov təhqirə yol verdiyi üçün məsuliyyətə cəlb edilə bilər:

“Ramiz Məmmədovun açıqlamasında təhqir var və bu bütünlükdə Azərbaycan jurnalistikasına şamil edilib. Ölkədə jurnalistika ilə məşğul olan hər bir kəs təhqir olunduğuna görə fərdi qaydada da məhkəməyə müraciət edə bilər. Ancaq Mətbuat Şurası və Prezident Yanında KİV-ə Dövlət Dəstəyi Fondu bu məsələyə mütləq münasibət bildirməlidir. Həmçinin hər iki qurum təhqirə görə AMEA direktorunu məhkəməyə verməlidir. Hesab edirəm ki, professor Rami Məmmədov təcili olaraq jurnalistlərdən üzr istəməlidir ki, məsələ hüquqi müstəviyə keçməsin”.

Xatırladaq ki, professor R.Məmmədovdan hava şəraiti ilə bağlı məlumat almaq istəyən jurnalistə açıqlama vermək əvəzinə, ölkə mediasında çalışan jurnalistləri təhqir edib.

 

“Siz jurnalistlər hamınız məni biabır etmisiniz. Nə açıqlama verəcəm?! Azərbaycan jurnalistləri “bezdarnı”, savadsız, heç nəyə yarayan deyillər. Azərbaycanda bir dənə də olsun jurnalist yoxdur. Bayaq “küçük” sözü dedim haaa, Azərbaycandakı jurnalistlər o sözdən artığına layiq deyillər”, - deyə bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam