Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Azərbaycanda dizelin qiyməti qalxacaq?-Ekspertdən açıqlama

 

Azərbaycanda dizelin qiyməti qalxacaq?

 

Xəbər verdiyimiz kimi, Azərbaycanda “Aİ-95" (”Premium") və “Ai-98" (”Super") markalı benzin bahalaşıb. Hər iki markadan olan benzinin 1 litrinin pərakəndə satış qiyməti 0,20 manat artaraq müvafiq olaraq 1,25 və 1,50 manata çatıb. Bu benzin növləri  ölkəmizə xaricdən idxal olunur. İdxalçılar qiymət artımını mənbə ölkələrdə (əsasən Rumıniya) bahalaşma ilə əlaqələndirir.

Yenixeber.org: İdxalçılar iddia edir ki, bu markadan olan benzin sürücülərin az bir qismi tərəfindən istehlak olunur. Bundan başqa, o da vurğulanır ki, qiyməti dövlət (Tarif Şurası) tərəfindən tənzimlənən “Aİ-92" markalı benzində və dizel yanacağında bahalaşma gözlənilmir.

Qeyd edək ki, iqtisadçılar bunun əksini düşünür. Bu bahalaşma dalğasının digər yanacaq növlərinə də sirayət edəcəyi ilə bağlı proqnoz verirlər. Bəs görəsən, növbəti dövrdə hansı yanacaq növü bahalaşa bilər? Əsasən də hamının narahatlıqla gözlədiyi dizelin qiyməti arta bilərmi?

Bu sualı cavablandıran iqtisadçı ekspert Pərviz Heydərov bildirib ki, bu iki yanacaq növü sərbəst bazar qanunları əsasında dəyər tapır: “Aİ-95 ilə Aİ-98 markalı benzinlər qiymətləri hökumət tərəfindən tənzimlənməyən yanacaq növləridir. Bunlar sərbəst bazar qanunları əsasında dəyər tapır və üstəlik də, ölkəmizə kənardan gətirilir. Yəni daxildə istehsal olunmur. Lakin o da var ki, yanacağın sərbəst bazar qiymətlərinə satıldığı ölkələrə diqqət yetirsək, onlarda neftin qiyməti ilə, tələbatla və bir sıra digər amillərlə əlaqədar, tariflərin artdığının şahidi olsaq da, hərdən ucuzlaşdığını da görürük. Bizdə isə bu, baş vermir. Məsələn, Aİ-95 markalı benzin qiyməti sərbəstləşdirildikdən sonra tədricən bahalaşaraq 1,15 manata qədər gəlib çıxsa da, bir dəfə də olsa ucuzlaşma baş vermədi. Halbuki Aİ-95 işlədənlərin çoxu hətta Aİ-92-yə keçdi. Yəni ki, tələbat da azaldı. Amma yenə də qiymət enişi baş vermədi...”

 

İqtisadçı bildirib ki, bu gün qonşu Gürcüstanda və Rusiyada yanacağın qiymətində bahalaşma var: “Bu, müxtəlif səbəblərlə əlaqədardır. Bizdə bu il tənzimlənən yanacaq qiymətləri arasında Aİ-92 bir dəfə bahalaşdı. Belə ki, 70 qəpikdən 90 qəpiyə qalxdı. Bu da gözlənilən idi. Çünki Aİ-95 bir müddət əvvəl 1,15 azn-ə qalxanda artıq aydın idi ki, Aİ-92 də bahalaşacaq və 90 qəpik olacaq. Bayaq da qeyd etdim ki, Aİ-95 işlədənlərin çoxu Aİ-92-yə keçdi. Aİ-92-nin isə bazarda satış payı onsuz da 80-85 % təşkil edirdi. Bu isə o demək idi ki, Aİ-95-ə tələbat azalsa da, hərçənd ki, yenə qeyd edirəm, qiymət düşmədi, Aİ-92-yə isə tələb genişləndi. Odur ki, qonşu ölkələrdə yanacaq bahalaşmasaydı belə, bizdə növbəti qiymət artımının dizel yanacağı üzrə olacağını proqnoz etmişdim. Aİ-95 ilə Aİ-98-ə gəldikdə isə onların qiymət artımı elə proqnozun gec-tez doğrulacağını bir daha təsdiq edir”.(müsavat)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam