Redaktor seçimi
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Günün xəbəri

Əli Həsənovun nəvəsi ilə ötüşən “Maqa” həbs edilməyib... toyudur- Sensasiya!!!

Əli Həsənovun nəvəsi ilə ötüşən “Maqa” həbs edilməyib... toyudur

 

Yenixeber.org: Baş nazirin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyevlə məlum faciəvi qəza zamanı ötüşən “Mazda” markalı avtomobilin sürücüsü Mirməhəmməd İsmayılovun həbs edilmədiyi xəbəri yayılıb

Ulus.Az-ın verdiyi məlumata görə, “Maqa” ləqəbli gəncin yerinə Orxan adlı şəxsin 1 aylıq həbs cəzası aldığı iddia olunur. Bunu Feysbuk səhifəsində Diana Talışinskaya adlı istifadəçi yayıb. 

Onun sözlərinə görə, 1 ay inzibati həbs edildiyi deyilən "Mazda"nın sürücüsü bu yaxınlarda evlənir. 

Avqustun 12-də onun qız toyu, 17-də isə oğlan toyudur. Buna görə də onun yerinə cangüdəni olan Orxan adlı şəxsəə 30 sutka həbs verilib. 

Məlumatın nə dərəcədə səhih olduğunu söyləmək çətin olsa da, artıq bu informasiya sosial şəbəkələrdə yayılıb. Feysbuk istifadəçiləri bu iddianı müzakirə edirlər. 

M.İsmayılov Bakı şəhəri, Nəsimi rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin sabiq rəis müavini, polis mayoru Əlövsət İsmayılovun oğludur. 

M.İsmayılovun qardaşının Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsində çalışdığı bildirilir. Ə.İsmayılov fövqəladə hallar naziri Kəmaləddin Heydərovun qardaşı Səməd Heydərovla bacanaqdır.

Xatırladaq ki, avqustun 3-də baş vermiş hadisə nəticəsində 2 nəfər ölüb, 3 nəfər yaralanıb. 

"Galendewagen"in sükanı arxasında Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyev olub. N.Allahverdiyev barəsində 4 aylıq həbs qərarı çıxarılıb. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam